Sizin Reklam Burada
Xəbər lenti
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

Həbsdəki oğluna narkotik gətirən ana saxlanılıb

Tarix: 10-07-2017 12:18     Baxış: 4315 A- / A+
Həbsdəki oğluna narkotik gətirən ana saxlanılıb

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin tabeçiliyində olan cəzaçəkmə müəssisələrinə və istintaq təcridxanalarına qadağan olunmuş əşyaların və narkotik maddələrin keçirilməsinə qarşı mübarizə davam etdirilir.

Penitensiar Xidmətin Baş İdarəsinin və 8 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.3-cü, 66.5-ci, 66.3-cü, 204.1-ci və 67.1-ci maddəsinə əsasən 6 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Tağıyev Elçin Nurəddin oğlu ilə uzunmüddətli görüşə gəlmiş anası Ucar şəhər sakini Tağıyeva Lalə Ata qızı tərəfindən gətirilmiş sovqata və əşyalarına baxış keçirilən zaman əl çantasının cibinin astarında xüsusi üsulla gizlədilmiş 6.144 qram marixuana və 0,218 qram heroin aşkar edilərək götürülüb.

Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi məqsədilə Qaradağ Rayon Polis İdarəsinə göndərilib.azvision.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar