Xəbər lenti
Azərbaycan Jurnalistlər Birliyinin üzvü bütün orqanlarını bağışladı
Bir donor səkkiz xəstəni yaşada bilər
Donor olmaq, öldükdən sonra orqanını bağışlamaq hər insana qismət olmur. Bu, böyük savab, xoşbəxtlikdir deyirlər. Çünki bir orqan donoru səkkiz, bəzən də on insanın həyatını xilas edə bilər. Bu səbəbdən də düşünülür ki, insanın ən böyük mirası xilas etdiyi həyatlardır.
Bu sözləri Manevr.az-a Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Subyekt.az saytının təsisçisi, baş redaktoru Rövşən Hüseynov deyib.
Onun sözlərinə görə, donor çatışmazlığı bu gün də bütün dünyanın qarşılaşdığı problemlərdəndir. Hər il yüzlərlə insan orqan gözləyərkən həyatını itirir.
"İnsanlıq nədir, biz nə üçün yaşayırıq! Dünya inkişaf edir, sürətlə dəyişir. Bu dəyişiklik içərisində bizdə varıq. Hər bir insanın düşüncəsi, təfəkkürü və həyata baxışı zaman-zaman dəyişir. Xeyriyyəçilik etmək üçün milyonçu olmağa ehtiyac yoxdur. Yetər ki, insan özü xeyirxah olsun. Bəzən bir insanın yaşaması üçün bir parça çörəyə ehtiyacı ola bilər, bu təlabatı hər kəs qarşılaya bilər, yetərki qarşında ehtiyac içərisində olan adamı görmək istəsin. Bu gün həyat tək yeməkdən və gəzməkdən ibarət deyil. Bu gün dünyada milyonlarla insanın sağlamlığı yerində deyil. Onlar yaşamaq uğrunda mücadilə aparır. Bəs biz o insanlara necə kömək edə bilərik?
Orqanların bağışlanması bu böyük bir savab və Xeyriyyəçilik addımıdır. Bir insan öldükdə sonra orqanlarını bağışlaması ilə bir neçə insana həyat verə bilər, yaşamaq sevinci bəxş edə bilər. Bəs biz bu xeyirxah əməldən nə səbəbə kənar qalmalıyıq. Allahın bizə bəxş etdiyi fürsətdən niyə yararlanmayaq. Mən öz orqanlarımı bağışladım və bu addımı atanda heç bir tərəddüd etmədən imzamı atdım. Bu gün mənən çox rahat və xoşbəxtəm. Sağlığımda cəmiyyətə bir xeyrim dəyməsə əgər, öləndən sonra bir neçə nəfərə həyat bəxş etməklə cəmiyyətə yararlı bir insan olaraq yaddaşlarda qalacağıma şübhə etmirəm. Məni tanıyanlara səslənirəm! Tərəddüd etmədən Donor olmağa tələsin! Bu gün ölkəmizdə və dünyada ümüdlə gözləyən insanlara dəstək və dayaq olmaq naminə bu addımı ataq", - deyə Rövşən Hüseynov bildirib.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar