Sizin Reklam Burada
Xəbər lenti
03-08-2025
02-08-2025
BÜTÜN XƏBƏRLƏR

Evlənmək üçün ən uğurlu ay hansıdır? – Aybaay nikahın mənası və nəticələri

Tarix: 02-08-2025 09:29     Baxış: 434 A- / A+
Evlilik planlayan cütlüklər arasında belə bir inanc var: toy etdiyin ay gələcək ailə həyatının necə keçəcəyinə təsir edir. Hətta batil inanclara çox da inanmayan insanlar belə, toy tarixini seçərkən “uğursuz dövrə düşməsin” deyə diqqətli davranırlar. 
Manevr.az bildirir ki, bəs hansı aylarda evlənmək uğurlu sayılır, hansı aylardan isə çəkinmək lazımdır? 
Yanvar – Ziddiyyətlər içində birlik
Yanvarda qurulan ailələr tez-tez xarakter qarşıdurmaları ilə üzləşə bilər. Xalq arasında deyilir: "Yanvarda evlənənlər tez soyuyar." Lakin bu, o demək deyil ki, belə ailələr dağılır. Əksinə, yanvar nikahı güclü, müstəqil və məqsədyönlü insanların birliyidir. Romantika bir qədər kölgədə qalsa da, dəstək və qarşılıqlı hörmət ön plandadır. Qədim inanclarda yanvarda evlənmək erkən dul qalmaq təhlükəsi ilə əlaqələndirilirdi.
Fevral – Ehtiras və sınaqlar
Fevral ayı riskləri sevən cütlüklər üçündür. Bu ayda qurulan ailələr ehtiraslı, lakin çətinlikli münasibətlərlə xarakterizə olunur. Deyirlər: “Fevral cütlüyü – alovla buz kimidir.” Bu ailələr çox sınaqdan keçsə də, çətin zamanlarda bir-birinə arxa durmaq gücünə sahib olurlar. Soyuq ay – isti hisslər: qədimlər bu nikahın uzunömürlü olacağına inanırdılar.
Mart – Ayrılıqlarla müşayiət olunan həyat
Mart ayında toy edənlər üçün belə bir deyim var: “Mart nikahı – ayrılıq gətirər.” Bu, fiziki ayrılıq mənasındadır. Məsələn, tərəflərdən biri xaricə işləməyə və ya təhsil almağa gedə bilər. Mart nikahı tez-tez fərqli ölkələrdən olan insanların birliyi ilə nəticələnir. Xaricdə həyat, fərqli mədəniyyətlər və uzun məsafələr bu evliliyin siması ola bilər.
Aprel – Dəyişkənlik və ehtiras
“Aprel toyu – bir gün günəş, bir gün leysan” – bu deyim apreldə qurulan nikahların dəyişkən xarakterinə işarədir. Belə ailələrdə emosional və maddi sabitlik dalğalı ola bilər. Lakin birlikdə gülməyi bacaran cütlüklər hər çətinliyi aşar.
Bu evlilikdə sükunət az, hisslər isə çoxdur.
May – Ənənəvi olaraq uğursuz ay sayılır
Ən məşhur inanclardan biri budur: “Mayda evlənən, bütün ömrü boyu əziyyət çəkər.” Bu inanc həm kilsə qadağaları, həm də ayın energetikası ilə əlaqələndirilir. Lakin müasir dövrdə uğur – ayda yox, tərəflərin uyğunluğundadır.
İyun – Harmoniya və sabitlik
İyun ayında toy etmək uğurlu sayılır. Təbii çiçəklənmə dövrü olduğuna görə, bu ayda qurulan ailələr harmonik, sabit və firavan olur. Amma bəzən bu münasibətlərdə ehtiras azlıq edə bilər. İyun nikahı – rahat və davamlı həyatın təməlidir.
İyul – Ailə güzgüsü
“İyul nikahı – güzgü kimidir: nə verərsən, onu alarsan.” Bu deyim belə izah olunur: tərəflərdən biri soyuq və dürüstsüz olsa, digəri də eyni davranışı sərgiləyəcək. Əgər qarşılıqlı hörmət və sevgi varsa – bu evlilik çox uzunömürlü olacaq.
Avqust – Güclü liderlərin ittifaqı
Avqust ayında evlənənlər adətən enerjili, temperamentli və iddialı şəxslərdir. Bu cütlüklər tez-tez mübahisə etsələr də, birlikdə biznes qurmaq və uğur qazanmaq potensialları yüksəkdir. Avqust nikahı – ehtiraslı, dinamik və güclü ailə həyatı deməkdir.
Sentyabr – Qızıl nikahın zəmanəti
“Sentyabrda evlənən, birlikdə qocalar.” Bu ay sakitlik, düşünülmüş qərar və sabitlik simvoludur. Belə ailələr istənilən çətinlik qarşısında bir-birinə arxa durmağı bacarır. Sentyabr nikahı – uzunömürlü və möhkəm münasibətin başlanğıcıdır.
Oktyabr – Ağılla qurulan, amma emosional olmayan münasibət
Oktyabr nikahları planlı və rasional yanaşma ilə seçilir. Tərəflər ailə büdcəsini, gələcəklə bağlı planları əvvəlcədən müəyyən edirlər. Lakin emosional tərəf zəifləyə və münasibət vərdişə çevrilə bilər. Qədim inanclarda belə evliliklər mübahisə, anlaşılmazlıq və soyuqluqla müşayiət oluna bilərdi.
Noyabr – Maddi rifaha açılan yol
Noyabr nikahı maddi bolluq, biznes imkanları və birgə uğur vəd edir. Belə cütlüklər ev, maşın, biznes kimi maddi nailiyyətlər əldə edə bilər. Amma pul sevgidən üstün tutulmamalıdır.
Dekabr – Uğurlu və ilahi xeyir-dualı birlik
“Dekabr nikahı – Allahlı nikahdır.” Ənənəvi inanclara görə, bu ayda evlənənlər xoşbəxt və sədaqətli ailə həyatı yaşayırlar. Bu münasibətlərdə sevgi, inam və qarşılıqlı qayğı ön plandadır. Dekabr nikahı – ilahi qoruma, səmimi və uzunömürlü birlik rəmzidir.(lent.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar