Sizin Reklam Burada
Xəbər lenti
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlandı

Tarix: 01-08-2025 16:49     Baxış: 436 A- / A+

Ötən ay Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkə "Instagram" olub.
Manevr.az bu barədə “StatCounter”a istinadən xəbər verir.
Bu dövrdə "Instagram"ın Azərbaycanın sosial şəbəkə bazarındakı payı 34,01% təşkil edib. Bu isə cari ilin iyun ayı ilə müqayisədə 1.94 faiz bəndi çox, 2024-cü ilin iyul ayı ilə müqayisədə isə 4,15 faiz bəndi azdır.
İstifadəçi sayına görə, ikinci yerdə 31,73% payla "Facebook" qərarlaşıb. Sosial şəbəkənin bazar payı bir öncəki ayla müqayisədə 5,65 faiz bəndi, ötən ilin eyni dövrü ilə müqayisədə 8,85 faiz bəndi çox olub.
Ölkədə üçüncü ən çox istifadə edilən sosial şəbəkə 15,31% payla "Youtube" olub. Bu, iyun ayı ilə müqayisədə 5,26 faiz bəndi az, illik müqayisədə 4,13 faiz bəndi çoxdur.
Ötən ay "X" sosial şəbəkəsinin Azərbaycandakı bazar payı aylıq müqayisədə 2,58 faiz bəndi, illik 0,4 faiz bəndi azalaraq 7,1%-ə çatıb. Dövr ərzində "X" sosial şəbəkəsi istifadəçi sayına görə dördüncü yerdə qərarlaşıb.
Ötən ay "Pinterest" sosial şəbəkəsi siyahıda 5-ci yerdə qərarlaşıb. Şəbəkənin ölkəmizdəki bazar payı aylıq 0,08 faiz bəndi artıb, illik 7,78 faiz bəndi azalıb.
İstifadəçi sayına görə, altıncı yeri 2,56% payla "Reddit" sosial şəbəkəsi tutub. Sosial şəbəkə Azərbaycandakı bazar payını aylıq 0,19 faiz bəndi azaldıb, illik 0,38 faiz bəndi artırıb.
İyul ayında "Linkedin" sosial şəbəkəsi 1,18% bazar payı ilə yeddinci yerdə qərarlaşıb. Sosial şəbəkənin ölkədəki bazar payı aylıq 0,18% artıb, illik 0,23% azalıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar