Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Xalq artisti Arif Babayev 1-ci Fəxri Xiyabanda dəfn olunacaq

Tarix: 01-08-2025 11:37     Baxış: 3246 A- / A+

Xalq artisti Arif Babayevlə vida mərasimi bu gün saat 13:00-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.
Manevr.az bildirir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Xalq artisti 1-ci Fəxri Xiyabanda dəfn olunacaq.
Xatırladaq ki, 23.07.2025-ci il tarixində saat 17:30 radələrində Xalq artisti Arif Babayev kəskin tənəffüz çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. İyulun 24-də isə Xalq artisti Arif Babayev təcili tibbi yardım avtomobili ilə Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıda yerləşən Mərkəzi Klinik Xəstəxanasına gətirilib.
Qeyd edək ki, Xalq artisti Arif Babayev 1938-ci il fevralın 20-də Ağdam rayonunun Sarıhacılı kəndində doğulub.
1960-cı illərdən peşəkar yaradıcılığa Bakı şəhərində başlayıb, əvvəl Azərbaycan Dövlət Filarmoniyasında, daha sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solo muğam ifaçısı kimi fəaliyyət göstərib. Muğam operalarında Məcnun ("Leyli və Məcnun"), Kərəm ("Əsli və Kərəm"), Aşıq Qərib və Camal kimi yaddaqalan obrazlar onun repertuarında öndədir. 1978‑ci ildə Əməkdar artist, 1989‑cu ildə isə Xalq artisti adına layiq görülüb, həmçinin "Şöhrət" (1998), "İstiqlal" (2008) və "Şərəf" (2018) ordenləri ilə təltif olunub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar