Xəbər lenti
Məsciddə namaz qılıb yatdı, pulları oğurlandı (TƏFƏRRÜAT)

1977-ci il təvəllüdlü, Sabirabad rayonunda anadan olmuş N.F.-nin Cinayət Məcəlləsinin 177.2.2-ci (oğurluq – zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə açıq məhkəmə iclası keçirilib.
Məhkəmə araşdırması zamanı məlum olub ki, N.F. Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən İlahiyyat məscidinin ikinci mərtəbəsində yatan 30 yaşlı S.H.-nın cibindən pul qabını oğurlayıb. Pul qabının içində 655 manat olduğunu görən təqsirləndirilən şəxs həmin məbləği götürərək məscidi tərk edib və şəxsi ehtiyaclarına xərcləyib.
Zərərçəkmiş ifadəsində bildirib ki, məscidə camaatla birlikdə sübh namazı qılmaq üçün gedib. Oraya çatdıqda namaz artıq başa çatıbmış. Buna görə də o, ikinci mərtəbəyə qalxaraq namazını təkbaşına qılıb və sonra həmin yerdə uzanaraq təxminən iki saat yatıb. Elə bu müddət ərzində oğurluq hadisəsi baş verib.
Araşdırmalar nəticəsində N.F.-nin daha bir cinayət əməli törətdiyi də üzə çıxıb. Belə ki, E.V. adlı xanım kredit götürmək məqsədilə qızıl-zinət əşyalarını banka girov qoymaq üçün əl çantasına yığıb və 194 nömrəli marşrut avtobusu ilə banka yollanıb. Lakin avtobusda əl çantasını oturacaqda unudub. N.F. isə həmin çantanı oğurlayıb. qaynarinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar