Sizin Reklam Burada
Xəbər lenti
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Məsciddə namaz qılıb yatdı, pulları oğurlandı (TƏFƏRRÜAT)

Tarix: 31-07-2025 21:33     Baxış: 342 A- / A+
Məsciddə namaz qılıb yatdı, pulları oğurlandı (TƏFƏRRÜAT)Bakı Dövlət Universitetinin tələbə şəhərciyi ərazisində yerləşən İlahiyyat məscidinin ikinci mərtəbəsində yatan vətəndaşın pullarını oğurlayan şəxsə hökm oxunub.

1977-ci il təvəllüdlü, Sabirabad rayonunda anadan olmuş N.F.-nin Cinayət Məcəlləsinin 177.2.2-ci (oğurluq – zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə açıq məhkəmə iclası keçirilib.

Məhkəmə araşdırması zamanı məlum olub ki, N.F. Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən İlahiyyat məscidinin ikinci mərtəbəsində yatan 30 yaşlı S.H.-nın cibindən pul qabını oğurlayıb. Pul qabının içində 655 manat olduğunu görən təqsirləndirilən şəxs həmin məbləği götürərək məscidi tərk edib və şəxsi ehtiyaclarına xərcləyib.

Zərərçəkmiş ifadəsində bildirib ki, məscidə camaatla birlikdə sübh namazı qılmaq üçün gedib. Oraya çatdıqda namaz artıq başa çatıbmış. Buna görə də o, ikinci mərtəbəyə qalxaraq namazını təkbaşına qılıb və sonra həmin yerdə uzanaraq təxminən iki saat yatıb. Elə bu müddət ərzində oğurluq hadisəsi baş verib.

Araşdırmalar nəticəsində N.F.-nin daha bir cinayət əməli törətdiyi də üzə çıxıb. Belə ki, E.V. adlı xanım kredit götürmək məqsədilə qızıl-zinət əşyalarını banka girov qoymaq üçün əl çantasına yığıb və 194 nömrəli marşrut avtobusu ilə banka yollanıb. Lakin avtobusda əl çantasını oturacaqda unudub. N.F. isə həmin çantanı oğurlayıb. qaynarinfo

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar