Xəbər lenti
Üzərində manatın əks olunduğu dəsmallar - Qanun buna nə deyir?

"Üzərində milli valyutalar əks olunan əl-üz dəsmalları hər yerdə var. Kim istəsə, bunu Azərbaycanda da edə bilər. Bununla bağlı hər hansı qadağa yoxdur".
Manevr.az bildirir ki, bunu qaynarinfo-ya açıqlamasında iqtisadçı vəkil Əkrəm Həsənov Çin istehsalı olan "1 manatlıq dəsmal"ların satışa çıxarılmasına münasibətdə deyib.
Vəkil sözügedən dəsmalların xaricdə istehsal olunduğunu xatırladıb:
"Milli valyutalar əks olunan dəsmalların istehsalı qadağa deyil".
Vəkil bunu milli valyutaya hörmətsizlik kimi qiymətləndirmir:
"Hətta Azərbaycanda belə bir qadağa yoxdur. Bizim milli dövlət atributlarımız bayrağımız, gerbimiz və himnimizdir ki, onlara qarşı hörmətsizlik etmək olmaz".
Xatırladaq ki, Çində üzərində Azərbaycanın milli valyutası - bir manatı əks olunan əl-üz dəsmalları satışa çıxarılıb. Bu isə sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.




Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























