Sizin Reklam Burada
Xəbər lenti
03-08-2025
02-08-2025
BÜTÜN XƏBƏRLƏR

Daha bir rayonda dəbdəbəli yas mərasimləri ləğv edilir

Tarix: 31-07-2025 10:03     Baxış: 437 A- / A+
Daha bir rayonda ehsan ləğv edildi
Şirvan şəhər ağsaqqallarının təşəbbüsü ilə Şirvan bələdiyyəsinin inzibati binasında yas mərasimlərində ehsan süfrələrində yalnız yemək verilməsi ənənəsinin dayandırılması ilə bağlı geniştərkibli görüş keçirilib.

Görüşdə şəhərin tanınmış ağsaqqalları, din xadimləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən ağsaqqallar və din xadimləri qeyd ediblər ki, yas mərasimlərinin əsas məqsədi mərhumun ruhuna ehtiram göstərmək, ailəyə mənəvi dəstək olmaqdır. Bu isə süfrə açmaqla deyil, dua oxunması, Qurani-Kərim tilavəti və anım xarakterli sadə mərasimlərlə həyata keçirilməlidir. Onların sözlərinə görə, yalnız yemək verilməsi ənənəsi dini baxımdan vacib hesab olunmur və əksər hallarda ailələr üçün artıq xərc və sosial təzyiqə səbəb olur.
Çıxışlar zamanı xüsusilə vurğulanıb ki, təşəbbüs yalnız ehsan süfrələrində yemək verilməsinin dayandırılmasını nəzərdə tutur. Digər dini ayinlər - yasin oxunması, duaların edilməsi və anım mərasimləri əvvəlki qaydada davam etdirilə bilər və bu adətlər cəmiyyətin mənəvi dəyərlərinin bir hissəsi olaraq yaşadılmalıdır.

Ağsaqqalların və din xadimlərinin yekdil fikrinə əsasən, bu qərarın əsas məqsədi yas məclislərində israfçılığın qarşısının alınması, ailələrin üzərinə düşən əlavə maliyyə yükünün aradan qaldırılması və dini-mənəvi dəyərlərin qorunub saxlanılmasıdır.

Görüşün sonunda qərara alınıb ki, Şirvan şəhərində yas mərasimlərində yalnız yemək verilməsi ənənəsinə son qoyulsun, bununla bağlı şəhər əhalisi arasında maarifləndirmə işləri aparılsın və ictimaiyyətin dəstəyi ilə bu təşəbbüs mərhələli şəkildə həyata keçirilsin.

Qeyd edək ki, bundan əvvəl də bəzi rayonlarda analoji qərarlar qəbul olunub./oxu.az

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar