Xəbər lenti
Xıdırlı kəndinə növbəti köç karvanı yola salındı - Şəkillər

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Xıdırlı kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Xıdırlı kəndinə 58 ailə - 225 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

"Ağdamda baş həkim kimi çalışmaq istəyirəm"
Aytac Nəbiyeva: "Təəssüf ki, mənə Ağdamda doğulub böyümək qismət olmayıb. Amma həmişə ora ilə bağlı xoş fikirlər eşitmişəm. Atam orada keçən uşaqlığından çox danışıb. İndiyə qədər xəyalımda canlanan Xıdırlını bu gün gedib canlı görəcəm. Çox həyəcanlıyam. Atamın torpağına, həm də öz torpağıma geri qayıdıram.
Hazırda Tibb Universitetinin tələbəsiyəm. Ağdamda baş həkim kimi çalışmaq arzularımdan biridir. Oradakı insanlara faydalı olmaq məni ancaq xoşbəxt edər. Çünki şəhidlərimiz o torpaqları azad etmək üçün nahaq yerə canlarından keçməyib. Biz o torpaqlarda yaşayaq, yaradaq deyə bunu ediblər. Bizim borcumuz o torpaqlara həyatı qaytarmaqdı".

"Bir də müharibə olmasın"
Raya Abdullayeva: "O torpaqlara gedib, qarış-qarış gəzmək istəyirəm.
Bu günü bizə bəxş edən hər kəsə çox təşəkkür edirəm. Allah Prezidentimizə uzun ömür versin, dövlətimizi qorusun. Şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirəm. Bir də müharibə olmasın".
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.[hide][/hide]


Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar