Sizin Reklam Burada
Xəbər lenti
03-08-2025
02-08-2025
BÜTÜN XƏBƏRLƏR

Sonadək Nəcməddin Sadıkovun adını çəkdi...

Tarix: 30-07-2025 22:30     Baxış: 343 A- / A+
sonadek-necmeddin-sadikovun-adini-cekdi
“AtaBank”dan götürdüyü 42 milyonu mənimsəməkdə ittiham olunan Müdafiə Nazirliyinin keçmiş zabiti Zahid Niftəliyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

“Şlyapa Zahid”in vəkili Əli Adıgözəlov yekun çıxışında yenə Azərbaycan Ordusunun sabiq baş qərargah rəisindən söz açıb. Vəkil müvəkkilinin onunla əlaqəsinə görə cinayət məsuliyyətinə cəlb edildiyini deyib:

“Zahid Niftəliyev Nəcməddin Sadıkovla birinci Qarabağ müharibəsində birlikdə döyüşüb.
Müharibədən sonra da dostluqları davam edib, birlikdə işləyiblər. Sadıkov isə bundan yararlanıb, onun adına olan şirkətdən istifadə edib. Burada mərhum nazir Fazil Məmmədovun da rolu olub.

Onun tapşırığı ilə “Şahin-Co”ya pul köçürülüb. Çox təəssüf olsun ki, bu işdə əsas fiqur olan Nəcməddin Sadıkovu dindirə bilmədik. Ondan soruşa bilmədik ki, sən bu Zahidi banka niyə göndərmişdin? Bu səbəbdən də çoxsaylı suallarımız üstü bağlı qaldı. Ədalətli araşdırma üçün Sadıkov məhkəmə qarşısında sorğulanmalı idi”.

Vəkil çıxışının yekununda, Zahid Niftəliyev isə son sözündə bəraət istəyib.

Hakimlər belə qənaətə gəlib ki, Zahid Niftəliyevə külli miqdarda mənimsəmə və məhkəmə qərarını icra etməmə maddələri ilə verilmiş ittihamlar məhkəmə istintaqı zamanı toplanmış sübutlarla təsdiqini tapıb.

Hökmə əsasən Z.Niftəliyevə əvvəlki cəzası ilə (8 il 6 ay azadlıqdan məhrum etmə-red.) birləşdirilməklə 12 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib. Cəzanın çəkilmə yeri kimi ümumi rejimli müəssisə seçilib.

“AtaBank” tərəfindən qaldırılmış mülki iddia isə baxılmamış saxlanılıb.

Qeyd edək ki, Z.Niftəliyev ötən il başqa cinayət işi üzrə külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Əvvəldə də, indiki cinayətində də Azərbaycan Ordusunun sabiq qərargah rəisi Nəcməddin Sadıkovu ittiham edib. Onun tapşırığı ilə sonradan qanunsuz olduğunu bildiyi işləri görüb. qafqazinfo

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar