Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Atama dedim ki, səni bağışladım - Əməkdar artistin qızı

Tarix: 30-07-2025 16:00     Baxış: 3126 A- / A+
Atama dedim ki, səni bağışladım - Əməkdar artistin qızı
Aparıcı Vüsalə Kərimova atası, Əməkdar artist Vaqif Kərimovla barışıb.
Manevr.az xəbər verir ki, bu barədə o, “Pərvizə görə”də açıqlama verib.
Vüsalə deyib ki, atası ilə anası əməliyyat olunanda əlaqə saxlayıb:
“Küsülü deyilik, amma hər gün danışmırıq. Məclislərdə, tədbirlərdə haradasa rastlaşsaq, görüşürük. Hər gün gedib-gələk, ya da telefonla danışaq kimi ünsiyyətimiz yoxdur. Küsülü də deyilik. Anam əməliyyata gedən ərəfədə atamı bağışladım. Kimsə məni pis kimi görə bilər, amma mən heç kəsə pislik edən insan deyiləm. Düşünürdüm ki, heç kəsə pislik etmirəm, kiminsə qarşısını kəsmirəm. Balaca, ya böyük, amma öz dünyam var. Fikirləşirdim ki, niyə başıma pis nələrdə gəlsin? Sonra  dedim ki, yəqin səhvim atamı bağışlamamağımdır. Anam əməliyyata gedəndə düşündüm ki, o, sağ çıxmasa, bunu özümə bağışlamayacağam. Fikirləşdim ki, mən səhvimə görə bu acını yaşayıram. Anam əməliyyata girməzdən əvvəl atama mesaj yazdım, dedim, Allaha xatir səni bağışlayıram. Əlbəttə buna çox sevindi. Ona izah etdim ki, ağır bir yola çıxmışam, anam əməliyyata gedir, ordan sağ çıxmasa, bunu özümə bağışlamayacağam. Ona görə səni bağışlayıram. Bağışlamaq o demək deyil ki, o, hər gün bizə gəlir, ya mən onun evinə gedirəm. Sadəcə o insana qarşı kinim yoxdur, sorğu-sual etmirəm. Hər şeyi axarına buraxıb, bağışlamışam. Xeyirdə-şərdə, ailə məclislərində görüb hal-əhval tuturam, görməyəndə də görmürəm”.
Qeyd edək ki, aparıcının atası ilə anası uzun illər əvvəl ayrılmış, V. Kərimova atası ilə danışmadığını, hətta uşaqlıq illərindən onunla görüşmədiyini açıqlamışdı.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar