Sizin Reklam Burada
Xəbər lenti
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Rüşvət alan bağça müdiri həbs olundu

Tarix: 29-07-2025 19:31     Baxış: 438 A- / A+
Rüşvət alan bağça müdiri həbs olundu
Rüşvət almaqda ittiham olunan Ağdam rayonu "Dördyol qəsəbə-2 uşaq bağçası"nın müdiri Kəmalə Quliyevaya hökm oxunub.
Manevr.az qaynarinfo.az-a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 311.1-ci (Rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi) maddəsi ilə təqsirləndirilən Kəmalə Quliyeva Gəncə Ağır Cinayətlər Məhkəməsində mühakimə edilib.
Hakim Dadaş İmanovun çıxardığı hökmə əsasən, Kəmalə Quliyevaya 3 il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Kəmalə Quliyeva 2024-cü ildə başqa bir cinayət işinə görə Xətai Rayon Məhkəməsinin hökmü 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Bu cəza 11 ay 28 gün (1 günə 2 gün hesabı ilə) azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla hazırki cəza ilə qismən toplanılıb. Beləliklə, Kəmalə Quliyevaya qəti olaraq 3 il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il 6 ay azadlıqdan məhrumetmə cəza təyin edilib.
İş materiallarından məlum olur ki, Kəmalə Quliyeva Dilguşə İmanova adlı rəfiqəsi ondan həyat yoldaşını uşaq bağçasına işə götürməsini istəyib. Kəmalə Quliyeva isə onu ocaqçı vəzifəsinə düzəldə biləcəyini deyib. Bunun müqbailində isə Dilguşə İmanovadan 2300 manat pul alıb.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar