Sizin Reklam Burada
Xəbər lenti
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Ən çox aşkarlanan maliyyə pozuntuları - Açıqlandı

Tarix: 29-07-2025 17:46     Baxış: 344 A- / A+
Ən çox aşkarlanan maliyyə pozuntuları - Açıqlandı
Bu ilin ilk yarısında həyata keçirdiyi audit tədbirləri zamanı aşkarlanan və ən çox təkrarlanan maliyyə pozuntuları açıqlanıb.
Manevr.az xəbər verir ki, bu barədə Hesablama Palatası (HP) məlumat yayıb.
Məlumata görə, ən çox rast gəlinən pozuntular aşağıdakılardır:
1. Fəaliyyətin təmin edilməsi məqsədilə tələb olunan vəsaitlərin məbləğ və istiqamətinin düzgün proqnozlaşdırılmaması nəticəsində icra prosesində dövlət vəsaitinin təsdiq olunmuş təyinatının dəyişdirilməsi;
2. Qurumun hüquqi aktlarla müəyyən edilmiş funksional fəaliyyətinə aid olmayan istiqamətlərdə vəsaitlərin xərc edilməsi və ya funksional fəaliyyətinin bir qisminin başqa quruma ötürülməsi ilə dövlət vəsaitinin funksional təyinatının dəyişdirilməsi və əlavə tələbatın formalaşdırılması;
3. Hüquqi aktlarla müəyyən edilmiş nəqliyyat vasitələrinin say həddinə və yanacaq xərcinin normasına, beynəlxalq tədbirlərin keçirilməsi zamanı yemək, hədiyyə və s., habelə iştirakçı sayı ilə bağlı məhdudiyyətlərə riayət olunmaması fonunda artıq xərclərə yol verilməsi;
4. Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanununun tələbləri gözlənilməyərək ilkin satınalma planının hazırlanması, təsdiq edilməsi və dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməsinin təmin edilməməsi və ya icra prosesində satınalma planına əməl edilməməsi;
5. Tender komissiyalarının fəaliyyətində yol verilmiş nöqsanların satınalmalarda hesabatlılıq və şəffaflıq prinsipləri ilə bağlı tələblərə riayət edilməməsinə, eləcə də rəqabət mühitinin təmin olunması ilə bağlı fəaliyyətin məhdudlaşmasına şərait yaratması;
6. Tələbatın düzgün formalaşdırılmaması nəticəsində satınalma müqavilələrinin bir hissəsinin icra olunmaması və ya bağlanmış müqavilələrin icra səviyyəsinin aşağı olması;
7. Dövlət investisiyalarının idarəedilməsi üzrə qiymətqoymanın resurs metodunun tətbiq olunması ilə əlaqədar normativ hüquqi aktlarla müəyyənləşdirilmiş bəzi normaların düzgün tətbiq edilməməsi;
8. Tikintisi başa çatmış və istismara hazır olan obyektlərin istismara qəbulunun ləngiməsi nəticəsində mühasibat uçotunda aktivlərin dəyərinin düzgün təsnifləşdirilməməsi.
Bildirilib ki, Hesablama Palatasının apardığı təhlillər cari ilin 6 ayında müvafiq dövlət qurumları tərəfindən fiskal intizamın gücləndirilməsi məqsədilə addımların atıldığını, xərclərin icra səviyyəsinin nisbətən yüksəldildiyini, xərclər üzrə qabaqcadan ödəniş məbləğlərinə nəzarət mexanizmlərinin artırıldığını, vəsaitlərin idarəedilməsi üzrə yeni yanaşmaların tətbiq edildiyini göstərir.
Lakin əvvəlki ildə olduğu kimi, dövlət vəsaitlərinin icra səviyyəsinə (mənimsənilməsinə) təsir edən başlıca alətlərdən olan dövlət satınalmaları üzrə təkmilləşdirilməli məqamlar mövcuddur. Bu məqamlar dövlət satınalmaları ilə bağlı qanunvericiliklə əhatə olunan 4 predmetlərin konkretləşdirilməsini, satınalma prosedurlarının sadələşdirilməsini, nəzarət mexanizmlərinin təkmilləşdirilməsini, dövlət satınalmalarının büdcə göstəriciləri ilə əlaqələndirilməsinin artırılmasını və s. istiqamətləri əhatə edir ki, Hesablama Palatası tərəfindən bu istiqamətdə təkliflər paketi aidiyyəti üzrə təqdim edilib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar