Xəbər lenti
Zaman niyə daha tez keçir? - ELMİ İZAH
"İnsan yaşlandıqca zaman nə üçün daha tez, daha sürətlə gedir?"
Manevr.az bildirir ki, Kaliforniya Universitetinin alimi Ceyms Brodvey "Scienctific American" jurnalına müsahibəsində bu sualın cavabını verib.
O, belə deyib: "İnsan zamanı iki tərzdə qəbul edir. Birinci perspektiv, yəni gələcəkdə baş verə biləcək hadisəni öncədən dəyərləndirmək. İkincisi retrospektiv üsul (Yəni keçmişə baxış, keçmişdə baş vermiş hadisələrə nəzər salmaq). Zaman hissinə hazırda nə ilə məşğul olduğumuz və nə hiss etdiyimiz də təsir edir. Hər yeni işin sona çatması zaman hissini daha sürətləndirir. Əgər biz beynimizdə yeni bir işlə məşğul oluruqsa, retrospektiv zamanda bu vaxt bizə daha uzun gələcək.
Səbəb isə odur ki, beynimiz yalnız yeni və təkrar olunmayan hadisələri yazır. Bizim keçmişlə bağlı mühakimələrimiz yaşadığımız yeni xatirələr üzərində qurulub. Siz tətil zaman nə qədər yeni işlə məşğul olsanız, bir o qədər zaman sizə uzun gələcək.
Bu, uşaqlıqda vaxtın niyə uzun getməsini izah edir. Bizim dünyaya bağlı yeni kəşfləri uşaqlıq və gənclik dövrümüzdə öyrənirik. Ona görə də, retrospektiv beynimizə elə gəlir ki, uşaqlıqda vaxt daha uzun olurdu. Bütün bunları ümumiləşdirsək, deyə bilərik ki, əslində zamanın tez və ya gec keçməsi kimi bir anlayış yoxdur. Yəni zaman eyni sürətlə hərəkətdədir. Sadəcə gördüyümüz işlər zamanı bizim üçün qısa və ya uzun edir". (publika.az)
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar