Xəbər lenti
Daha bir məşhur erməni Bakıya gəlmək istəyir

Moskvanın məşhur futbol klubu “Spartak”ın tibb departamentinin başçısı Mixail Vartapetov Bakıda – öz atasının vətənində olmaq istəməsindən danışıb.
Manevr.az virtualaz.org-a istinadən bildirir ki, doktor championat.som-a deyib: “Mənim əcdadlarım Qarabağdandırlar, sonradan bir hissəsi Bakıya köçüb. Atam orada doğulub, Moskvaya isə müharibədən sonra, Böyük Teatra daxil olanda gəlib. Bütün həyatı boyu da orada işlədi. Violonçeldə ifa edirdi. Anam isə rusdur, Moskvada doğulub. Buna görə məndə iki – şimal və cənub qan qarışığı var”.
Mixail Vartapetov bildirib ki, o vaxt Azərbaycanda ermənilərə çox yaxşı yanaşıblar: “Atam Bakıdan məmnunluqla danışırdı. Onun üçün şəhər, dostları çox böyük məna kəsb edirdi. Deyirdi ki, bakılılar öz dialekti, yumoru ilə insanların xüsusi kateqoriyasıdır. Onlar görüşürdülər, cavanlığı yada salırdılar. Heç nə qabaqcadan hadisələrin belə inkişafından xəbər vermirdi.
Mən Bakıda heç vaxt olmamışam. Mənim üçün Azərbaycana giriş böyük problemdir. Erməni soyadıma görə.
Çox istəyərdim ki, əcdadların vətəninə baş çəkim. Mənim arvadım ermənidir, o da əslən Bakıdandır, onun valideynləri də orada yaşayıblar. Və mən ümid edirəm ki, vaxt gələcək, biz maneəsiz bu əfsanəvi şəhərə gələ, mərkəzdə gəzə, onların ürəyi istəyən yerlərə baş çəkə biləcəyik. Atam arzu edirdi ki, məni ora aparsın”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar