Xəbər lenti
"Tənqidi oxu – analitik təfəkkürün inkişafına dair təşəbbüslər" layihəsi çərçivəsində seminar keçirilib - FOTOLAR

Manevr.az xəbər verir ki, seminarda Raspublikanın müxtəlif təhsil ocaqlarından 20 pedoqoq iştirak edib. Seminarı layihə rəhbəri Gülmirə Müseyibova açaraq iştirakçıları və qonaqları salamlayıb, layihənin məqsədi haqqında məlumat verib, tədbirin işinə uğur arzulayıb.
Sumqayıt Dövlət Universitetinin baş müəllimi Aynurə Bağırova “Tənqidi oxu strategiyaları və analitik yanaşma metodları” mövzusundakı təlimində tənqidi oxu bacaıqlarının inkişafında istifadə edilən elmi-metodoloji yanaşmaları, onların üsul və nəticələrini seminar iştirakçılarının diqqətinə çatdırıb.
“Oxuyub -anlama bacarıqlarının inkişafı” mövzusunda təlim keçən “Yuvam” MMC-nin direktoru, pedaqoq Sevinc Atakişiyeva oxu vərdişlərinin aşılanması üsulları ilə yanaşı, uşaqlarda anlama bacarıqlarının formalaşdırılmasının da pedoqoji metodları ətrafında məlumatları diqqətə çatdırıb.
Disleksiya üzrə təlimçi İlahə İslamzadə uşaqlarda oxuyub-yazmaq və anlamaq çətinliklərinin yaranma səbəbləri, bu səbəblərin ortaya çıxarılması və mümkün olduğu halda aradan qaldırılması metodları və yolları barədə seminar iştirakçılarını məlumatlandırıb.
Seminar boyu layihənin ekspertləri, Reyhan Mənəfova və Elmira Ağayeva, təlim prosesini yaxından izləyərək keyfiyyət və effektivlik baxımından prosesi yüksək qiymətləndiriblər. Ekspertlər müəllimlərin fəallığını, mövzulara marağını və öyrənməyə olan motivasiyasını xüsusilə qeyd ediblər.
Geniş diskussiya şəraitində keçən seminarda iştirakçılara oxuyub anlama bacarıqlarının inkişaf etdirilməsinin yeni və müasir yanaşmaları, metodolgiyası və üsulları barədə ətraflı məlumatlar çatdırılıb.
Tədbirin sonunda Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin İdarə Heyətinin sədri Murad Ağalarov çıxış edərək, tədbirin yüksək səviyyədə keçməsindən məmnunluğunu ifadə edib, təlimçilərə və tədbir iştirakçılarına dərin təşəkkürünü bildirib. Vurğulayıb ki, bu kimi maarifləndirici seminarların davamlı olaraq təşkil edilməsi nəzərdə tutulur. Belə seminarların təşkil edilməsində əsas məqsədin təhsil işçilərinin peşəkar inkişafına dəstək olmaq və onların müasir tədris meyarlarına uyğun hazırlığını təmin etmək olduğunu diqqətə çatdırıb.
O, layihə çərçivəsində iştirakçılar üçün xüsusi metodik vəsaitin çap ediləcəyini də nəzərə çatdırıb.
Qeyd edib ki, metodik vəsait müəllimlərə tədrisdə tənqidi oxu bacarıqlarının formalaşdırılması və şagirdlərdə oxuyub- anlama bacarıqlarının inkişaf etdirilməsi istiqamətində praktik dəstək göstərilməsi məqsədilə hazırlanıb.
Bununla yanaşı, seminarda iştirak edən müəllimlərə sertifikatların təqdim olunacağını da əlavə edib.
Manevr.az








Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar