Sizin Reklam Burada
Xəbər lenti
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Nicat İbrahimə hökm oxunub

Tarix: 22-07-2025 12:40     Baxış: 352 A- / A+


Nicat İbrahimə hökm oxunub
Bakıda bıçaqla qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən ictimai fəal Nicat İbrahimin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
Manevr.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin vəkili Zibeydə Sadıqova çıxış edərək müdafiə etdiyi şəxsə bəraət verilməsini xahiş edib. Nicat İbrahim son söz deyib. O, məhkəmədən bəraət istəyib.
Məhkəmənin hökmünə əsasən, Nicat İbrahimə ittiham olunduğu 126.2.4-cü maddə üzrə 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Təqsirləndirildiyi 221.3-cü maddə üzrə işə xitam verilib.
Qeyd edək ki, dövlət ittihamçısı Nicat İbrahimin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.İttihama görə, ötən ilin sentyabrında yanacaqdoldurma məntəqəsində Nicat İbrahim Bəhmən Əliyevi aralarında yaranmış mübahisə zəminində bıçaqlayıb. O, polis tərəfindən saxlanılıb.
Nicat İbrahimə qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətiylə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələriylə yekun ittiham elan olunub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar