Sizin Reklam Burada
Xəbər lenti
22-10-2025
21-10-2025
BÜTÜN XƏBƏRLƏR

DSX dronla narkotik keçirən şəxsləri saxladı

Tarix: 21-07-2025 15:10     Baxış: 478 A- / A+
"İyul ayının 16-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin pilotsuz uçuş aparatı vasitəsilə İrandan Azərbaycan istiqamətində keçirilməsinin qarşısı alınıb".

Bu barədə DSX-dən məlumat verilib.
Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılaraq xidməti ərazi qapadılmış, sərhəd axtarışı həyata keçirilib.
Vurğulanıb ki, keçirilmiş təxirəsalınmaz əməliyyat-qoşun tədbirləri nəticəsində hadisə yerindən uzaqlaşmağa çalışan “Hyundai” markalı 77-RA-376 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi yerli əhalinin köməyilə saxlanılmış və avtomobilə baxış zamanı ümumi çəkisi 12 kiloqram 600 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
İlkin dindirmədə saxlanılan şəxslərin Bakı şəhər sakini – 1998-ci il təvəllüdlü Şahtaxtinski Aqşin İlqar oğlu və Füzuli rayon sakini 2003-cü il təvəllüdlü Əliyev Rinad Ələddin oğlu olması müəyyənləşdirilmiş, onlar törətdikləri cinayət əməlini etiraf edərək əraziyə narkotik vasitəni götürmək məqsədilə gəldiklərini bildiriblər.
Vurğulanıb ki, fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar