Sizin Reklam Burada
Xəbər lenti
04-11-2026
03-11-2026
BÜTÜN XƏBƏRLƏR

“AzerGold"un növbəti xatirə sikkəsi Laçına həsr olunacaq

Tarix: 20-07-2025 15:27     Baxış: 3117 A- / A+
“AzerGold"un növbəti xatirə sikkəsi Laçına həsr olunacaq
"AzerGold"un növbəti xatirə sikkəsi Laçına həsr olunacaq.
Yeni sikkənin dizaynı ilk dəfə dövlət şirkətinin 3-cü Şuşa Qlobal Media Forumu çərçivəsində təqdim olunan stendində nümayiş olunub. 
"AzerGold" QSC-nin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Ariz Tarverdiyev bildirib ki, yeni sikkə füsunkar təbiəti, qədim tarixi ilə seçilən və günü-gündən abadlaşan Laçın şəhərinə ithaf olunub.
 
Sikkənin hazırlanmasında Laçın bölgəsinin mədəni irsinin, sənət ənənələrinin və xalq yaradıcılığının vacib bir hissəsi olan, Qarabağ xalçaçılıq məktəbinə aid "Qasımuşağı" xalçasının naxışlarından istifadə edilib. Sikkənin əsas elementi dövlət rəmzlərinin əsas tərkib hissələrindən biri -  səkkizguşəli ulduzdur. 
 
Ariz Tarverdiyev qeyd edib ki, "Laçın" sikkəsi "AzerGold"un istehsalı olan sayca 13-cü sikkədir və dövlət şirkətinin hasil etdiyi yerli qızıl və gümüşdən hazırlanacaq. Laçın qızıl və gümüş sikkələrinin yaxın zamanda ictimaiyyətə təqdim edilməsi planlaşdırılır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar