Sizin Reklam Burada
Xəbər lenti
20-07-2025
19-07-2025
BÜTÜN XƏBƏRLƏR

Bu ərazilərdə radarlar quraşdırılır

Tarix: 19-07-2025 09:32     Baxış: 333 A- / A+
Bu ərazilərdə radarlar quraşdırılır
Biləsuvar rayonunda vətəndaşların təhlükəsizliyinin təmin olunması, ictimai asayişin qorunması və yol hərəkəti qaydalarına əməl edilməsi səviyyəsinin yüksəldilməsi məqsədi ilə genişmiqyaslı təhlükəsizlik tədbirlərinə start verilib.
Manevr.az xəbər verir ki, bu məqsədlə Daxili İşlər Nazirliyi tərəfindən "Təhlükəsiz şəhər" layihəsi çərçivəsində rayon ərazisində ümumilikdə 80 müxtəlif nöqtədə 176 ədəd yeni, müasir müşahidə kameralarının və 12 ədəd radar cihazının quraşdırılması işlərinə başlanılıb. Quraşdırılacaq kameralar həm şəhər mərkəzini, həm də rayonun ətraf ərazilərini əhatə etməklə, ictimai yerlərdə baş verə biləcək hadisələrin vaxtında aşkarlanmasına, operativ müdaxilə imkanlarının artırılmasına və ümumi təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə xidmət edəcək.

Eyni zamanda, sürücü intizamının artırılması və yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə rayon ərazisində quraşdırılacaq 12 ədəd radar cihazı əsasən yüksək intensivlikli yol sahələrində, qəza riskinin yüksək olduğu ərazilərdə və tez-tez sürət həddinin aşılması halları qeydə alınan istiqamətlərdə yerləşdiriləcək. Avtomatik rejimdə fəaliyyət göstərəcək bu sistem vasitəsilə qayda pozuntularının aşkarlanması daha operativ və şəffaf şəkildə həyata keçiriləcək, sürücülərin məsuliyyət hissi artacaq və nəticə etibarilə yol hərəkəti daha təhlükəsiz olacaqdır.
Görülən bu tədbirlər Biləsuvar rayonunda müasir texnologiyaların tətbiqi ilə ictimai təhlükəsizliyin gücləndirilməsi və vətəndaş rifahının yüksəldilməsi istiqamətində atılmış mühüm addımlardan biridir.
Layihənin mərhələli şəkildə icrası nəticəsində gələcəkdə rayon ərazisində baş verəcək cinayət hallarının və yol-nəqliyyat hadisələrinin azalmasına da təsir edəcək.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar