Sizin Reklam Burada
Xəbər lenti
22-10-2025
21-10-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda vəkillərin sayı açıqlandı

Tarix: 18-07-2025 11:13     Baxış: 392 A- / A+

"Bu gün daha 77 yeni namizəd andiçmə mərasimində iştirak edərək Kollegiyaya üzv qəbul olunacaq".
Manevr.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil edilən Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin geniştərkibli iclasında və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimində deyib.
Sədr çıxışında nəzərə çatdırıb ki, 2018-ci ildən indiyədək vəkilliyə qəbul üçün ümumilikdə 15 test imtahanı keçirilib: "Bu müddət ərzində 6480 namizəd imtahanlara qatılıb, onlardan 1912-si uğurla icbari təlim mərhələsini tamamlayıb and içərək Kollegiyanın üzvü olub".
"Bugünkü tədbirdə isə daha 77 yeni namizəd andiçmə mərasimində iştirak edərək Kollegiyaya üzv qəbul olunub. Beləliklə, ölkədə fəaliyyət göstərən vəkillərin sayı 2777-ə yüksəlib. Yeni qəbul olunmuş namizədlərdən 59 nəfəri kişi, 18 nəfəri qadındır. Onlardan 7 nəfəri regionlarda, 70 nəfəri isə paytaxtda fəaliyyət göstərəcək. Qadın vəkillərin ümumi üzv sayına nisbəti 17 faizə çataraq 595 nəfərə yüksəlib", - sədr çıxışında əlavə edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar