Sizin Reklam Burada
Xəbər lenti
18-07-2025
17-07-2025
BÜTÜN XƏBƏRLƏR

Yayda siqaret çəkmək infarkta səbəb ola bilər

Tarix: 18-07-2025 08:36     Baxış: 233 A- / A+
Yay mövsümündə siqaretin zərərləri daha da qabarıq şəkildə özünü göstərir. Nikotinin orqanizmə təsiri ilə yanaşı, yüksək temperatur da ürək-damar sisteminə düşən yükü artıraraq ciddi fəsadlara səbəb ola bilər.

Bu barədə "İzvestiya"ya ümumi praktika həkimi və qastroenteroloq Şota Kalandiya məlumat verib.
Onun sözlərinə görə, isti havada siqaret çəkmək damarların daralmasını artırır, nəbzin sürətlənməsinə və təzyiqin qalxmasına səbəb olur. Bu da hipertoniya, insult və infarkt kimi xəstəliklərin riskini yüksəldir. 

"İsti hava şəraitində orqanizm onsuz da stres altındadır. Siqaret isə qanın qatılığını artırır, trombositlərin səviyyəsini yüksəldir. Bu da tromblaşma riskini artırır. Xüsusilə də insan kifayət qədər su qəbul etmirsə", - deyə həkim xəbərdarlıq edib.

Mütəxəssis əlavə edib ki, siqaret həmçinin qanın oksigenlə zənginləşməsini zəiflədir, bu isə orqanizmin ümumi tonusuna mənfi təsir göstərir. İsti havalarda bu vəziyyət yorğunluq, əsəbilik, diqqət dağınıqlığı və ümumi halsızlıqla müşayiət oluna bilər.

"Onsuz da hava çatışmazlığı yaşanarkən siqaret çəkmək toxumaların oksigenlə təminatını daha da zəiflədir. Nəticədə qan dövranı pozulur, maddələr mübadiləsi ləngiyir və iş qabiliyyəti aşağı düşür", - deyə Kalandiya bildirib.

Sonda həkim vətəndaşlara isti havalarda sağlamlıqlarına xüsusi diqqət yetirməyi və ən azı havanın temperaturu yüksək olan günlərdə siqaretdən imtina etməyi tövsiyə edib. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar