Sizin Reklam Burada
Xəbər lenti
21-09-2025
20-09-2025
BÜTÜN XƏBƏRLƏR

Qudalığına son qoyuldu - Təşəbbüs kimdən gəlib?

Tarix: 17-07-2025 22:39     Baxış: 3101 A- / A+
Prezidentin ictimai-siyasi məsələlər üzrə keçmiş köməkçisi Əli Həsənovla Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sabiq sədri, deputat Səttar Möhbalıyevin qudalığına son qoyulub.

Deputatın oğlu İsfəndiyar Möhbalıyevlə Əli Həsənovun qızı Səfiyə Möhbalıyeva boşanıblar.

Onlar 2008-ci ildə ailə qurmuşdu, birgə nikahdan 16 və 11 yaşlı iki övladları var. 

Boşanma ərizəsini Nəsimi Rayon Məhkəməsinə İsfəndiyar Möhbalıyev təqdim edib. Qarşı tərəf də razılaşıb.

“Qarşılıqlı razılaşma ilə uşaqların hər ikisi anada qalıb. Buna baxmayaraq, ana uşaqlar üçün alimentdən də imtina edib”, deyə məlumatda bildirilir.

Xatırladaq ki, İsfəndiyar Möhbalıyev əvvəllər daxili işlər orqanlarında çalışıb. O, Bakının Yasamal, Xəzər, Qaradağ rayonlarının polis rəisi və başqa vəzifələrdə çalışıb. 2021-ci ildə Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə daxili işlər orqanlarından xaric olunub. O zaman məlumat yayıldı ki, o, öz istəyi ilə çıxarılıb.

Qeyd edək ki, İsfəndiyar Möhbalıyev daxili işlər orqanlarından əvvəl prokurorluqda çalışıb, Nərimanov rayon prokurorunun müavini olub. Zaman-zaman adı müxtəlif qalmaqallarda keçən Möhbalıyev 2006-cı ildə keçmiş Ədliyyə naziri Fikrət Məmmədovun oğlu ilə aralarındakı davaya görə mətbuatın müzakirə mövzusuna çevrilmişdi. gununsesi.info 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar