
Xəbər lenti
Qudalığına son qoyuldu - Təşəbbüs kimdən gəlib?

Deputatın oğlu İsfəndiyar Möhbalıyevlə Əli Həsənovun qızı Səfiyə Möhbalıyeva boşanıblar.
Onlar 2008-ci ildə ailə qurmuşdu, birgə nikahdan 16 və 11 yaşlı iki övladları var.
Boşanma ərizəsini Nəsimi Rayon Məhkəməsinə İsfəndiyar Möhbalıyev təqdim edib. Qarşı tərəf də razılaşıb.
“Qarşılıqlı razılaşma ilə uşaqların hər ikisi anada qalıb. Buna baxmayaraq, ana uşaqlar üçün alimentdən də imtina edib”, deyə məlumatda bildirilir.
Xatırladaq ki, İsfəndiyar Möhbalıyev əvvəllər daxili işlər orqanlarında çalışıb. O, Bakının Yasamal, Xəzər, Qaradağ rayonlarının polis rəisi və başqa vəzifələrdə çalışıb. 2021-ci ildə Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə daxili işlər orqanlarından xaric olunub. O zaman məlumat yayıldı ki, o, öz istəyi ilə çıxarılıb.
Qeyd edək ki, İsfəndiyar Möhbalıyev daxili işlər orqanlarından əvvəl prokurorluqda çalışıb, Nərimanov rayon prokurorunun müavini olub. Zaman-zaman adı müxtəlif qalmaqallarda keçən Möhbalıyev 2006-cı ildə keçmiş Ədliyyə naziri Fikrət Məmmədovun oğlu ilə aralarındakı davaya görə mətbuatın müzakirə mövzusuna çevrilmişdi. gununsesi.info
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar