Sizin Reklam Burada
Xəbər lenti
20-11-2025
19-11-2025
18-11-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı deputat seçicisinə çaynik atdı - VİDEO

Tarix: 15-07-2025 12:06     Baxış: 494 A- / A+


Azərbaycanlı deputat seçicisinə çaynik atdı - VİDEO
Marneuli şəhərində azərbaycanlı deputatın seçicilərlə görüşü zamanı insident yaşanıb.
Manevr.az aktual.ge-yə istinadla bildirir ki, hadisə Qızılhacılı kəndindəki "Mərasim evi"ndə baş verib. Görüş zamanı Qızılhacılı kənd sakini, Marneuli 4 saylı ictimai məktəbin direktor müavini Əhməd Babakişiyev kənddəki infrastruktur, yol və içməli su problemlərindən danışıb. O, bu problemlərlə bağlı kəndin deputatı Ceyhun Çovdarovu və Marneuli meriyasının nümayəndəsi Sədrəddin Talıbovu günahlandırıb.
Onun sözlərinə görə, nə deputat, nə də meriyanın nümayəndəsi bu məsələləri Marneuli Bələdiyyə Məclisində qaldıra bilmir və kəndin qeydinə qalmır.
Görüşə qatılan Qızılhacılı deputatı Ceyhun Çovdarov və mer nümayəndəsi Sədrəddin Talıbov onlara qarşı Əhməd Babakişiyev dilə gətirdiyi mövzuları qəbul etməyib və gördükləri işlərdən danışıb. 
Sorğu-sual şəklində davam edən müzakirə zamanı kənd sakinlərindən biri sərt ifadələrlə Ceyhun Çovdarovu təhqir edib. Cavab olaraq, Ceyhun Çovdarov masada olan çayniki həmin şəxsə atıb. Bundan sonra dava baş verib.lent.az

Manevr.az






Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar