Sizin Reklam Burada
Xəbər lenti
03-08-2025
02-08-2025
BÜTÜN XƏBƏRLƏR

Kommunal ödənişləri dövlət ödəyəcək?

Tarix: 14-07-2025 16:41     Baxış: 364 A- / A+
Kommunal ödənişləri dövlət ödəyəcək?

Son dövrlərdə Rusiya və Gürcüstanda pensiyaçıların kommunal xidmətlərə dair maliyyə yükünü azaltmaq məqsədilə dövlət tərəfindən ödənişlərin zəruri hissəsinin qarşılanması təcrübəsi tətbiq olunur.
 
Məsələn, Rusiyada aşağı gəlirli yaşlı vətəndaşların kommunal xərcləri bir ailənin gəlirinə görə müəyyən norma ilə məhdudlaşdırılaraq subsidiya və ya endirimlər verilir. Bəzi regionlarda 70-80 yaşlı vətəndaşlara ödənişlərin 50-100 %-i qədər imtiyazlar var. Gürcüstanda isə sosial cəhətdən həssas ailələr elektrik və su üçün tarif fərqini dövlət hesabına ödəyən sistemdən istifadə edirlər.
 
Bu cür təcrübə Azərbaycanda mümkün ola bilərmi?
 
Manevr.az xəbər verir ki, məsələ ilə bağlı  Milli Məclisin deputatı Vüqar Bayramov açıqlamasında bildirib ki, inkişaf etmiş ölkələrdə daha geniş yayılan və effektiv hesab olunan mexanizm pensiyaların məbləğinin artırılmasıdır:
 
"Çünki pensiyaların məbləğinin artırılması praktiki olaraq vətəndaşlara imkan verir ki, öz pensiyaları hesabına kommunal xərclər də daxil olmaqla digər zəruri ehtiyaclarını qarşılasınlar. Buna görə də Azərbaycanda da mərhələli şəkildə pensiya məbləğlərinin artırılması əsas hədəflərdəndir". 

Deputatın sözlərinə görə, artıq bu istiqamətdə ilk addımlar atılıb - 2025-ci ildən etibarən minimum pensiya məbləği 280 manatdan 320 manata qədər artırılıb.
 
O əlavə edib ki, növbəti illərdə də pensiyaların artırılması dövlətin sosial prioritetlərindən biri olaraq qalacaq:
 
"Azərbaycanda tətbiq edilən model modern yanaşmaya əsaslanır. Məqsəd, inkişaf etmiş ölkələrdə olduğu kimi, mərhələli şəkildə pensiya məbləğinin artırılması və vətəndaşların həm dövlət, həm də özəl pensiya olmaqla iki mənbədən gəlir əldə etməsinə nail olmaqdır".pravda.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar