Sizin Reklam Burada
Xəbər lenti
22-10-2025
21-10-2025
BÜTÜN XƏBƏRLƏR

Xocalının Təzəbinə və Xanyurdu kəndlərinə ilk köç karvanı yola salındı

Tarix: 14-07-2025 08:20     Baxış: 384 A- / A+
Bu gün növbəti köç karvanı Xocalı rayonunun Təzəbinə və Xanyurdu kəndlərinə yola salınıb.

Bu mərhələdə ümumilikdə 61 ailə (247 nəfər) öz doğma yurdlarına qayıdıb.

Onlardan 28 ailə (125 nəfər) Təzəbinə kəndinə, 33 ailə (122 nəfər) isə Xanyurdu kəndinə yola salınıb.

Beləliklə, 14.07.2025-ci il tarixindəki köç də nəzərə alınmaqla Xocalı rayonunun 4 yaşayış məntəqəsinə cəmi 327 ailə (1433 nəfər) köçürülüb.

Xocalıya yola düşən keçmiş məcburi köçkün Elbrus Abbasov doğma kəndinə qayıtmağın verdiyi gözəl duyğulardan danışıb:

"5 yaşımda çıxmışdım. İndi 39 yaşımda öz doğma yurdum Xanyurdu kəndinə qayıdıram. Allah şəhidlərimizə rəhmət eləsin. Onlarım sayəsində bu günü yaşayırıq. Planlarımız çoxdur".

Digər keçmiş məcburi köçkün Aqil İmanov da yaxın günlərdə doğma yurduna qayıtmağı planlaşdırır:

"Allah şəhidlərimizə rəhmət eləsin. Çox şükür bugünkü günə. Cənab Prezidentimizi Allah var eləsin. Onun sayəsində bu gün Xocalımıza qayıdırıq. Dayım oğluna köməyə gəlmişəm, tezliklə mən də köçəcəm".

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar