Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonunun Məmmədli və Novxanı kəndlərində, Masazır qəsəbəsi ərazisində silah-sursatların aşkar edilməsi barədə məlumatlar daxil olub. Xəbər lenti
Abşeronda 17 əl qumbarası, 16 partlayıcı və xeyli silah-sursat aşkarlanıb
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonunun Məmmədli və Novxanı kəndlərində, Masazır qəsəbəsi ərazisində silah-sursatların aşkar edilməsi barədə məlumatlar daxil olub.Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, məlumatlarla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerlərinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 17 ədəd F-1 əl qumbarası, 16 ədəd UZRQM partladıcısı, 1 ədəd UBR-M75P1 partladıcısı, 85 ədəd 7,62 mm-lik, 44 ədəd 5,45 mm-lik və 13 ədəd 9,18 mm-lik mərmi, 1 ədəd AK-74 avtomatı və 2 ədəd sandıqcası, 1 ədəd AKSU avtomatı, 2 ədəd Makarov tipli tapança və 2 ədəd sandıqcası, 1 ədəd süngü bıçağı olduğu müəyyən edilib.
Silah-sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























