Sizin Reklam Burada
Xəbər lenti
22-10-2025
21-10-2025
20-10-2025
BÜTÜN XƏBƏRLƏR

İsmayıllıda generalın adı ilə 2500 manatlıq dələduzluq

Tarix: 10-07-2025 22:02     Baxış: 389 A- / A+
İsmayıllıda generalın adı ilə 2500 manatlıq dələduzluqİsmayıllıda Hərbi Hava Qüvvələrinin komandan müavini Zaur Rstəmovun adından istifadə olunmaqla dələduzluq cinayəti baş verib.

İsmayılı rayon Kürdmaşı tam orta məktəbinin rus dili müəlliməsi Dilşad İsgəndərli qohumu İlqar Mustafayevi işə düzəltdirmək istəyirmiş.

Bundan xəbər tutan həmkəndlisi Vüsal Ələkbərov Dilşad xanıma zəng vuraraq özünü Hərbi Hava Qüvvələrinin komandan müavini, general-mayor Zaur Rüstəmov kimi təqdim edib. Onun məhz Zaur Rüstəmovun adından istifadə etməsi generalın da əslən Kürdmaşı kəndindən olması ilə bağlıdır. Vüsal Ələkbərov da bundan yararlanaraq Dilşad İsgəndərlinin etibarını qazanıb və söhbət əsnasında ona hər bir işdə köməklik göstərə biləcəyini deyib. Qarşı tərəf isə öz növbəsində qohumu İlqar Mustafayevi işə düzəltmək istədiyini bildirib. Vüsal Ələkbərov həmin şəxsi Hərbi Hava Qüvvələrinə işə düzəldə biləcəyini söyləyib və bunun üçün Dilşad İsgəndərlidən 2500 manat pul istəyib.

Vüsal Ələkbərov həmin məbləği şəxsi ehtiyaclarına xərclədikdən sonra yenidən Dilşad İsgəndərliyə zəng edərək əlavə 3000 manat lazım olduğunu bildirib. Lakin bu dəfə qarşı tərəf onunla danışan şəxsin Zaur Rüstəmov olmadığından şübhələnib və Vüsal Ələkbərovdan görüntülü zəng vurmağı tələb edib. Təbii ki, Vüsal görüntülü zəng vurmayıb. Bir neçə gün sonra isə Dilaşd İsgəndərli onunla danışanın Vüsal olduğunu öyrənib və bu barədə həmin şəxsin anasına xəbərdalıq edərək polisə üz tutacağını bildirib.

Vüsal Ələkbərovun əməlləri bununla yekunlaşmayıb. O, başqa bir şəxsdən də 1500 manat alaraq qızına sosial pensiya düzəldəcəyini deyib. Lakin bu vədini yerinə yetirməyib.

Polisə edilən müraciət əsasında saxlanılan Vüsal Ələkbərova Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb. Həmçinin barəsində məhkəmənin qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Cinayət işinin məhkəmə istintaqı İsmayıllı Rayon Məhkəməsində aparılıb. Vüsal Ələkbərov məhkəmə prosesi zamanı ona verilmiş ittihamla özünü təqsirli bilib. qaynarinfo

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar