Xəbər lenti
Günay Əfəndiyeva: “Biz öz mədəni irsimizə sahib çıxmalıyıq” -FOTOLAR

Manevr.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva 10 iyul 2025-ci il tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə Pirallahı Gənclər Evində keçirilən “Qərbi Azərbaycan İrsi” kitabının birinci cildinin təqdimat mərasimində deyib. Kitab Qərbi Azərbaycan İcması tərəfindən hazırlanıb və nəşr olunub.

“Bu gün biz bu irsi yenidən bərpa etmək, tariximizi sənədləşdirmək və gələcək nəsillərə ötürmək kimi müqəddəs bir missiyanı həyata keçiririk. Biz öz mədəni irsimizə sahib çıxmalıyıq” – deyə Günay Əfəndiyeva vurğulayıb.
Millət vəkili geyd edib ki, bu baxımdan, “Qərbi Azərbaycan İrsi” kimi elmi əsaslara söykənən nəşrlər həm beynəlxalq aləmdə, həm də yerli ictimai fikirdə ciddi dəyər kəsb edir. O, bildirib ki, bu kitab milli irsimizin sistemli şəkildə toplanması fonunda böyük elmi və ideoloji əhəmiyyət daşıyır.
Günay Əfəndiyeva Qərbi Azərbaycanla bağlı daha geniş elmi tədqiqatların aparılmasının əhəmiyyətinə diqqəti çəkərək, bildirib: “Kitab Qərbi Azərbaycanın tarixi reallıqlarını əks etdirməklə yanaşı, milli yaddaşımızın, mədəni köklərimizin qorunması və yaşadılması istiqamətində strateji bir addımdır”.
Millət vəkili çıxışında belə bir irs layihəsinin tədqiqata cəlb olunmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirərək, gələcəkdə bu istiqamətdə daha geniş miqyaslı işlərin görüləcəyinə inamını ifadə edib.
Tədbirdə, həmçinin, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü Mirfaiq Mirheydərli, dövlət və ictimaiyyət nümayəndələri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və yerli sakinlər iştirak ediblər.
Manevr.az



Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar