Sizin Reklam Burada
Xəbər lenti
21-09-2026
20-09-2026
BÜTÜN XƏBƏRLƏR

Duş kabinasında gizli çəkiliş qalmaqalı – Şübhəli ginekoloq çıxdı

Tarix: 09-07-2025 22:21     Baxış: 3138 A- / A+
Duş kabinasında gizli çəkiliş qalmaqalı – Şübhəli ginekoloq çıxdıÇanaqqalanın Eceabat rayonunda baş verən hadisə səhiyyə ictimaiyyətində ciddi narahatlıq yaradıb.

Meşə düşərgəsində duş kabinasında çimən bir qadın, gizli şəkildə görüntüləndiyini anlayaraq dərhal hüquq-mühafizə orqanlarına məlumat verib.

Edirne İl Sağlamlıq Müdirliyində pratisyen həkim kimi çalışan B.A. adlı qadının şikayəti əsasında hadisə yerinə gələn polis əməkdaşları araşdırma aparıb və qısa müddətdə şübhəlinin kimliyini müəyyənləşdirib.

Şok edən fakt ortaya çıxıb – qadını gizlicə çəkən şəxsin İstanbul Ümraniyə Təhsil və Araşdırma Xəstəxanasında qadın xəstəlikləri və doğum üzrə mütəxəssis olaraq çalışan 57 yaşlı M.M. olduğu məlum olub.

Polis tərəfindən saxlanılan həkimin mobil telefonunda aparılan texniki araşdırma zamanı yalnız həmin hadisəyə aid deyil, bir neçə başqa oxşar qeyri-qanuni görüntülərə də rast gəlinib. Görüntülərin hansı tarixdə və harada çəkildiyi araşdırılır. lent.az 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar