Sizin Reklam Burada
Xəbər lenti
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın güclü zəlzələ riski ən az olan bölgələri açıqlandı

Tarix: 09-07-2025 19:18     Baxış: 456 A- / A+
Azərbaycanın güclü zəlzələ riski ən az olan bölgələri açıqlandı
Zəlzələ hər zaman insanlarda narahatlıq yaradan təbii hadisələrdən biri olub. Son dövrlərdə regionda baş verən yeraltı təkanlar, sosial şəbəkələrdə yayılan xəbərlər və bəzi ölkələrdə müşahidə olunan dağıdıcı zəlzələlər fonunda Azərbaycanda da bu məsələyə maraq xeyli artıb.

Bu zaman da ağıllara belə bir sual gəlir, görəsən ölkəmizin seysmik baxımdan ən təhlükəsiz və az maqnitudalı təkanlar üçün xarakterik olan əraziləri haradır?
Manevr.az bildirir ki, BAKU.WS-in əməkdaşı bu suala cavab tapmaq üçün seysmoloq Ənvər Əliyevlə həmsöhbət olub. 

Mütəxəssis bildirib ki, Azərbaycan dünya miqyasında ən məşhur seysmik zolaqlardan biri hesab edilən – Alp dağlarından başlayıb İndoneziyaya qədər uzanan və dağəmələgəlmə prosesi ilə xarakterizə olunan aktiv zolaqda yerləşir. Lakin bu o demək deyil ki, ölkənin hər nöqtəsi yüksək zəlzələ riski altındadır:

"Ölkəmiz dünyanın ən məşhur seysmik, dağəmələgəlmə prosesi gedən 3 əsas zolaqların birində yerləşir. Bura Alp dağlarından başkayır, ta İndoneziyaya qədər uzanır. Ancaq elə hissələr var ki, bura 7 bal və aşağı seysmik aktiv bölgələr hesab olunur. Misal üçün Şah Dilindən Kür çayının deltasına  qədərki ərazini, Abşerondan başlayaraq Sumqayıtdan bir neçə kilometr dənizin içinə qədər uzanan hissəni göstərə bilərik. Qarabağda da seysmik baxımdan nisbətən aşağı olan yerlər var. Lənkarandan dənizə qədərki yerlər, Zəngilan, İstisu, Bərdə və Beyləqan xətləri (Xəritədə şərti xətlə birləşdirsək) arasında olan ərazilər də 7 ballıq bölgələrdir".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar