Sizin Reklam Burada
Xəbər lenti
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Kamera görüntüləriniz ələ keçirilə bilər - Nə etməli? - AÇIQLAMA

Tarix: 09-07-2025 16:52     Baxış: 355 A- / A+

Kamera görüntüləriniz ələ keçirilə bilər - Nə etməli? - AÇIQLAMAXəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti videomüşahidə kameralarının görüntülərinin ələ keçirilməsi ilə bağlı kibertəhlükəsizlik tədbirləri həyata keçirib.

Araşdırmalar zamanı Azərbaycanın müxtəlif bölgələrində yerləşən ofis və mənzillərə quraşdırılmış kameraların idarəetmə qurğularına (DVR) qlobal internet şəbəkəsi üzərindən müdaxilələr edildiyi üzə çıxıb. Nazirlik tərəfindən görülən tədbirlərlə kibermüdaxilə hallarının zərərli nəticələri aradan qaldırılıb.
Bu məsələ ofis və mənzillərə quraşdırılmış kameraların görüntülərinin ələ keçirilməsi təhlükəsini yenidən gündəmə gətirib. Bəs, belə hallardan necə qorunmaq olar?
Manevr.az-ın xəbərinə görə, məsələ ilə bağlı informasiya təhlükəsizliyi üzrə mütəxəssis Rəşad Zeyvəliyev Bakupost.az-a açıqlamasında bildirib ki, texnologiya rahatlıq gətirməklə yanaşı, düzgün istifadə olunmadıqda ciddi təhlükələrə də yol aça bilər:
“Evdə və ya işdə istifadə etdiyimiz videomüşahidə kameraları, ağıllı cihazlar (smart cihazlar), hətta Wi-Fi modemlər belə, düzgün qorunmayanda kənardan müdaxilələrə açıq ola bilər. İnternetə qoşulan hər bir cihaz – istər telefon, istər kamera, istər televizor – haqqımızda məlumat toplaya bilər. Bu məlumatın başqa əllərə keçməməsi üçün bir az diqqətli olmalı, texnologiyanı tanımalı və təhlükəsizlik qaydalarına mütləq şəkildə əməl etməliyik”.
Mütəxəssis bildirir ki, bu cür müdaxilələrin qarşısını almaq üçün ilk növbədə istifadəçilər cihazlara dair əsas təhlükəsizlik qaydalarına əməl etməlidirlər:
“Cihazlar quraşdırıldıqdan sonra standart şifrələrlə işlək vəziyyətdə saxlanılmamalıdır. Təəssüf ki, bir çox insanlar ya şifrəni ümumiyyətlə, dəyişmir, ya da çox sadə, asan tapılan kombinasiyanı seçir. Halbuki güclü, mürəkkəb və təkrar olunmayan şifrələr istifadə etmək şəxsi məlumatların qorunması baxımından vacib addımdır. Bundan əlavə, istifadə olunan cihazların proqram təminatları da mütəmadi olaraq yenilənməlidir. Çünki köhnə versiyalar kibertəhdidlərə qarşı dözümsüz ola bilər. Kameraların və digər ağıllı cihazların internetə birbaşa çıxış imkanları isə minimuma endirilməli, əgər uzaqdan qoşulma zəruridirsə, daha təhlükəsiz yollar, məsələn, VPN vasitəsilə həyata keçirilməlidir. Eyni zamanda, istifadəçilər aldıqları texniki avadanlıqların keyfiyyətinə və istehsalçı şirkətə də diqqət yetirməlidirlər. Tanınmamış və ya çox ucuz məhsulların təhlükəsizliklik riski böyükdür.
Əsas məsələ isə budur ki, texnologiyadan istifadə edərkən onların necə işlədiyini minimum səviyyədə də olsa, başa düşmək lazımdır. Çünki texnologiya nə qədər inkişaf etsə də, onun təhlükəsizliyi istifadəçinin məsuliyyətindən başlayır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar