Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Həbsdə olan vəkil blogeri məhkəməyə verdi

Tarix: 09-07-2025 16:40     Baxış: 399 A- / A+


Həbsdə olan vəkil Adəm Məmmədovun bloger Şirin Abasov və həyat yoldaşı Gülbadama qarşı xüsusi ittiham qaydasında verdiyi şikayətə baxılıb.
Manevr.az Teleqraf-a istinadən xəbər verir ki, xüsusi ittihamçı A.Məmmədov şikayətində Şirin və Gülbadam Abbasovların sosial şəbəkələrdə müsahibə verərkən onun haqqında həqiqətə uyğun olmayan məlumatlar səsləndirdiyini bildirib.
İttihamçı qeyd edib ki, ər-arvad Vəkillər Kollegiyasının inzibati binasının qarşısında guya onların evini satdırdığını, onlardan 30.000 manat rüşvət aldığını, Zərdabi adlı jurnalist vasitəsi ilə dələduzluq edərək əlavə olaraq 53.500 manat məbləğində pullarını ələ keçirdiyini, onlara hədə-qorxu gəldiyini, ümumilikdə 83.500 manat məbləğində pullarını alaraq qaytarmadığını deyiblər.
Vəkil onların 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmalarını istəyib.
Binəqədi Rayon Məhkəməsində hakim Zamiq Bağırovun sədrliyi ilə keçirilən prosesdə xüsusi ittiham qaydasında şikayət vermiş vəkil şikayətdə yenidən düzəlişlər edilməsini əsas gətirib və şikayəti geri götürmək istədiyini bildirib.
Bununla bağlı ərizəsini məhkəməyə təqdim edib.
Abbasovlar isə xüsusi ittihamçı tərəfindən şikayətin geri götürülməsinə etiraz ediblər. Onlar xüsusi ittiham qaydasında şikayətin düzgün tərtib olunmadığını, şikayətin məhkəmə tərəfindən icraata götürülməsindən imtina olunması barədə qərar qəbul olunmasını xahiş ediblər.
Hakim şikayətin icraata qəbul olmasından imtina edilməsi barədə qərar qəbul edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar