Sizin Reklam Burada
Xəbər lenti
20-11-2025
19-11-2025
18-11-2025
BÜTÜN XƏBƏRLƏR

Onkologiyada inqilab: Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək

Tarix: 09-07-2025 08:40     Baxış: 91 A- / A+
ABŞ-də Cons Hopkins Universitetinin nəzdində fəaliyyət göstərən Lüdviq Mərkəzinin alimləri xərçəng xəstəliyinin ilk simptomlar yaranmazdan bir neçə il əvvəl qanda aşkarlanmasının mümkün olduğunu müəyyən ediblər.

Bu barədə Amerika Xərçəng Araşdırmaları Assosiasiyasının "Cancer Discovery" jurnalında dərc olunmuş elmi məqaləsində bildirilir.

Tədqiqatçılar MCED (Multi-Cancer Early Detection) adlanan çoxnövlü erkən xərçəng aşkarlama testi vasitəsilə ultrahəssas DNT sekvensiya üsullarından istifadə edərək müəyyən ediblər ki, şişlər diaqnoz qoyulmazdan 3 il əvvəl qan dövranında müəyyən genetik izlər buraxmağa başlayır.

Tədqiqatın aparıcı müəllifi Yusyuan Van qeyd edib ki, bu zaman çərçivəsi erkən tibbi müdaxilə üçün yetərli imkan yaradır:

"Bu mərhələdə şiş hələ tam inkişaf etməmiş olur və müalicənin uğurla nəticələnməsi ehtimalı xeyli yüksəkdir", - deyə o vurğulayıb.

Bu nəticə, xərçəngin erkən mərhələdə aşkarlanması və qarşısının alınması sahəsində tibbin böyük irəliləyişi hesab olunur. Alimlər bildirirlər ki, belə texnologiyalar gələcəkdə xərçəngin ölümcül fəsadlarını azaltmaqda mühüm rol oynaya bilər. oxu.az 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar