Sizin Reklam Burada
Xəbər lenti
03-08-2025
02-08-2025
BÜTÜN XƏBƏRLƏR

Həmin 12 yaşlı qız sığınacağa yerləşdirildi

Tarix: 08-07-2025 22:04     Baxış: 357 A- / A+
Həmin 12 yaşlı qız sığınacağa yerləşdirildiBakıda atalığı tərəfindən cinsi zorakılığa məruz qaldığı bildirilən 12 yaşlı qız sığınacağa yerləşdirilib.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.

O, bildirib ki, bu məsələ ilə bağlı məlumat əldə edilən kimi dərhal Dövlət Komitəsi tərəfindən uşaqların yaşadığı Şəki Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya və Daxili İşlər Nazirliyi ilə əlaqə saxlanılıb: "Uşaq hazırda müvəqqəti olaraq sığınacağa yerləşdirilib. Ona psixososial yardım göstərilir. Eyni zamanda ananın valideynlik hüquqları məsələsinə baxılması və baş verən cinayət işi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən istintaq tədbirləri həyata keçilir.

Bundan əlavə, digər uşağın da hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət davam etdirilir. İstintaq tədbirlərinin yekunundan sonra ictimaiyyətə aidiyyəti üzrə müvafiq məlumatlar veriləcək", - o qeyd edib.

Qeyd edək ki, ötən gün sosial şəbəkədə 12 yaşlı qızın 7 yaşlı bacısı və anası ilə bağlı müraciəti yayılıb. O, müraciətində "7 yaşlı bacımı anamın əlindən alın, mənə atalığımın yaşatdığını anamla bacıma da yaşadacaq" deyib. 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar