Sizin Reklam Burada
Xəbər lenti
21-09-2025
20-09-2025
BÜTÜN XƏBƏRLƏR

Yol polisi motokuryerlərə nəzarəti gücləndirdi

Tarix: 08-07-2025 15:46     Baxış: 474 A- / A+
Yol polisi motokuryerlərə nəzarəti gücləndirib

Motokuryerlərin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması və qəzaların sayının minimuma endirilməsi məqsədilə polis əməkdaşları tərəfindən mütəmadi olaraq nəzarət-profilaktik işlər aparılır.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, motosiklet, moped və digər bu tip ikitəkərli nəqliyyat vasitələrini idarə edən sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması, sürət həddinin aşılması, təhlükəli manevrlər, işıqforun qırmızı işığında keçmə və digər qayda pozuntularına qarşı nəzarət gücləndirilib.
Bildirilib ki, keçirilən tədbirlərlə özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan sürücülər saxlanılır, onlarla profilaktik söhbətlər aparılır, mövcud qanunvericiliyin tələbləri barədə məlumatlar verilir, etdikləri qanun pozuntusunun digər vətəndaşlara yaratdığı çətinliklər izah olunmaqla bu halın yaratdığı təhlükələr onların diqqətinə çatdırılır.
“Bir daha motosiklet, moped və digər bu tip ikitəkərli nəqliyyat vasitələrini idarə edən sürücülərə müraciət edərək, onları təhlükəsizlik qaydalarına ciddi riayət etməyə, özlərinin və başqalarının həyat və sağlamlığına təhlükə yaratmamağa çağırırıq”, - qeyd olunub.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar