Sizin Reklam Burada
Xəbər lenti
22-10-2025
21-10-2025
BÜTÜN XƏBƏRLƏR

“Bakı Metropoliteni”ndə yeni təyinat olub

Tarix: 08-07-2025 14:56     Baxış: 376 A- / A+
“Bakı Metropoliteni”ndə yeni təyinat olub
“Bakı Metropoliteni” QSC-nin İcraya nəzarət və sənədlərlə iş departamentinə yeni rəis təyin edilib.
QSC-dən verilən məlumata görə, bu vəzifə Səadət Faiq qızı İsmayılovaya həvalə edilib.
O, “Bakı Metropoliteni”nə bu ilin may ayında gəlib və QSC sədrinin icraçı ofisinin rəis müavini vəzifəsində çalışıb. Ondan öncə, S. İsmayılova, yəni 2018-2025-ci illərdə “Azərbaycan Dəmir Yolları” QSC-də Hüquq idarəsinin aparıcı hüquqşünası, Təchizat departamentinin Hüquqi təminat və sənədlərlə iş şöbəsinin rəisi, eləcə də 2020-ci ildən Cəmiyyətin sədr müavininin məsləhətçisi vəzifələrində işləyib.
Əmək fəaliyyətinə 2005-ci ildə başlayan Səadət İsmayılova Ədliyyə Nazirliyinin Kadrlar idarəsində məsləhətçi, aparıcı məsləhətçi və böyük məsləhətçi vəzifələrində çalışıb, kiçik ədliyyə müşaviri xüsusi rütbəsinə malik olub. O, həmçinin Dövlət İdarəçilik Akademiyasında inzibati idarəetmə üzrə müəllim kimi fəaliyyət göstərib.
Qeyd edək ki, S. İsmayılova 1981-ci ildə anadan olub. O, 1998-2002-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr, 2002-2004-cü illərdə isə magistratura pilləsini bitirib. Beynəlxalq səviyyəli layihə rəhbəri kimi “IPMA Level C - Certified Project Manager” sertifikatına malikdir. 2020-ci ildən Mediasiya Şurasının üzvü, həmçinin Şuranın İxtisas Komissiyasının sədridir.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar