Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

DYP-dən radarlarla bağlı vacib AÇIQLAMA

Tarix: 07-07-2025 12:52     Baxış: 3171 A- / A+


DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) radarlarla bağlı hərəkət iştirakçılarına müraciət edib.
Manevr.az xəbər verir ki, müraciətdə deyilir:
"Yol hərəkəti - bu, sadəcə nəqliyyat vasitəsinin bir nöqtədən digərinə hərəkəti deyil. Dünyada hər gün milyonlarla insanın qarşılıqlı anlaşma, məsuliyyət və diqqətlə birgə hərəkət etdiyi mürəkkəb və canlı bir sistemdir. Bu sistemin əsas qayğısı isə təhlükəsizlikdir.
Məhz bu təhlükəsizliyin təmin olunmasında radar sistemləri xüsusi yer tutur. Radar - sadəcə bir texniki qurğu deyil. O, qanuna, qaydalara və insan həyatlarının qorunmasına xidmət edən texniki vasitədir. Radar yollarda nəzarəti gücləndirməklə yanaşı, bizə öz məsuliyyətimizi xatırladır. Hər dəfə radarın yaxınlığından keçərkən biz bir anlıq da olsa düşünürük: "Nəqliyyat vasitəni yüksək sürətlə sürsək nə qazanırıq? - cərimə, təhlükəli anlar, həyəcan və ağır qəzalar".
Müşahidələr göstərir ki, radar olan ərazilərdə yol-nəqliyyat hadisələrinin sayı əhəmiyyətli dərəcədə azalır. Sürət həddinə nəzarət etməklə radar potensial faciələrin qarşısını alır. Bu, bizim üçün sadəcə bir cihaz deyil - yol təhlükəsizliyinə tövhədir.
Radar - bizim tərəfdaşımızdır, həm də sizin yol yoldaşınızdır. Onun varlığı yolda intizam yaradır, yetər ki riayət edək".



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar