Sizin Reklam Burada
Xəbər lenti
03-08-2025
02-08-2025
BÜTÜN XƏBƏRLƏR

Qarabağa getmək istəyənlərə şad xəbər

Tarix: 05-07-2025 12:36     Baxış: 354 A- / A+


Bakı-Xankəndi-Laçın istiqamətində növbəti müntəzəm avtobus reysi istifadəyə veriləcək.
Manevr.az bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
“Böyük Qayıdış” proqramı çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən iyulun 7-dən Bakı-Xankəndi-Laçın istiqamətində növbəti müntəzəm avtobus reysi istifadəyə veriləcək.
Məqsəd işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat infrastrukturu və xidmətləri ilə təmin olunmasıdır.
Avtobuslar hər gün Bakı Beynəlxalq Avtovağzal Kompleksindən saat 11:00-da hərəkət edəcək. Reys üzrə aralıq məntəqə olaraq Xocalı, Xankəndi və Şuşa şəhərləri təyin edilmişdir. Avtobuslar Laçın şəhərindən saat 09:00, Şuşa şəhərindən 10:00, Xankəndi şəhərindən 10:30, Xocalı rayonundan isə 11:00-da yola düşəcək.
Bakı-Laçın və əksinə istiqamətdə biletin qiyməti 16.10 manat, Bakı-Şuşa və əksinə istiqamətində 14.80 manat, Bakı-Xankəndi və əksinə istiqamətində 14.20 manat, Bakı-Xocalı və əksinə istiqamətində isə 13.90 manat təşkil edir.
Biletləri yalnız “biletim.az” portalı üzərindən onlayn qaydada əldə etmək olar.
Qeyd edək ki, biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin olması mütləqdir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar