Xəbər lenti
Bu xəstəliklər ölümü tezləşdirir - SİYAHI

Manevr.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ölüm riski ən yüksək olan xəstəliklər sırasında ürək-damar xəstəlikləri, xərçəng, insult, pnevmoniya və sepsis ilk yerlərdə dayanır.
Statistikaya əsasən, ürək-damar xəstəlikləri dünyada ölümün birinci səbəbi olaraq qalır. Hər il təxminən 18 milyon insan infarkt və digər ürək-damar problemlərindən dünyasını dəyişir.
İnsult isə ildə 5,5 milyon insanın həyatına son qoyur və sağ qalanların bir çoxunda ömürlük iflic və ya nitq pozğunluğu yaradır.
Xərçəng xəstəlikləri də qlobal sağlamlıq problemləri arasında öndədir. Ağciyər, qaraciyər, bağırsaq və mədə xərçəngləri ölüm hallarında üstünlük təşkil edir. ÜST-nin məlumatına görə, hər il xərçəngdən 10 milyondan çox insan dünyasını dəyişir.
Digər təhlükəli xəstəliklər arasında pnevmoniya yer alır. Xüsusilə körpələr, yaşlılar və immun sistemi zəif olan şəxslər üçün ölümcül ola bilən bu xəstəlik 2021-ci ildə 2,5 milyon insanın həyatına son qoyub.
Həmçinin, sepsis — yəni orqanizmin infeksiyaya qarşı həddindən artıq cavabı. Vaxtında müalicə olunmadıqda 30-50 faiz hallarda ölümə səbəb olur.
Bundan əlavə, qaraciyər sirrozu, qazanılmış immun çatışmazlığı sindromu (QİÇS), xroniki böyrək çatışmazlığı, diyabetin ağır formaları və qripin təhlükəli ştammları (H1N1, H5N1) da ölüm riski yüksək xəstəliklər sırasında göstərilir.sfera.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar