Sizin Reklam Burada
Xəbər lenti
03-08-2025
02-08-2025
BÜTÜN XƏBƏRLƏR

Səfərbərlik Xidməti məlumat yaydı

Tarix: 03-07-2025 15:39     Baxış: 457 A- / A+

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 2025-ci ilin ilk yarısında korrupsiya ilə mübarizə sahəsində görülən işlərə dair statistik hesabat yayıb.
Manevr.az xəbər verir ki, Milli Fəaliyyət Planından irəli gələn vəzifələrin icrası çərçivəsində Xidmət 2023-cü ilin mayından başlayaraq şəffaflığın artırılması və korrupsiyaya qarşı sistemli tədbirlər həyata keçirib. Bu müddətdə hüquqi baza yenilənib, nəzarət gücləndirilib və vətəndaş məmnunluğu istiqamətində addımlar atılıb.
Rəsmi məlumata görə, 2023-cü ildə 78, 2024-cü ildə 249, 2025-ci ilin ilk yarısında isə 103 əməkdaş intizam məsuliyyətinə cəlb olunub. Cari ildə 9 əməkdaş mənfi səbəblərlə işdən çıxarılıb və ya ehtiyata buraxılıb. Həmçinin, bu ilin 6 ayında 28 korrupsiya faktı üzrə toplanmış materiallarla bağlı 62 nəfər barədə qərar verilməsi üçün Baş Prokurorluğa müraciət olunub.
Tibbi şəhadətləndirmə sahəsində də yeni yanaşmalar tətbiq olunur. Prezidentin 06.09.2023 tarixli fərmanı əsasında 2024-cü il iyulun 1-dən etibarən hərbi xidmətə çağırılanların yekun tibbi yoxlanışı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilir. Prosesin elektronlaşdırılması korrupsiya risklərini azaldır və idarəetmədə şəffaflıq yaradır.
Eyni zamanda, xidmətlərin elektronlaşdırılması prosesi sürətlə davam edir. Artıq bir sıra hərbi arayışlar "MyGov" tətbiqi üzərindən vətəndaşlara təqdim olunur.
Səfərbərlik Xidməti bildirir ki, korrupsiya və qanunsuz hallarla qarşılaşan vətəndaşlar 9100 Çağrı mərkəzinə və ya info@seferberlik.gov.az ünvanına müraciət edə bilərlər. Xidmət gələcəkdə də şəffaflıq və ictimai etimad prinsiplərinə əsaslanaraq korrupsiya ilə mübarizəni davam etdirəcək.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar