Sizin Reklam Burada
Xəbər lenti
22-10-2025
21-10-2025
BÜTÜN XƏBƏRLƏR

Qalmaqallı hakim yola salındı

Tarix: 01-07-2025 23:08     Baxış: 3168 A- / A+
Son il yarım ərzində jurnalistlər və ictimai fəalların bir çoxunun həbs olunması və barələrindəki həbs qətimkan tədbirinin uzadılması qərarlarına çıxarmış Xətai Rayon Məhkəməsinin hakimi Sülhanə Hacıyeva vəzifəsindən uzaqlaşdırılıb.

Bu gün Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi barədə sərəncam imzalasa da, orada Sülhanə Hacıyevanın adı yoxdur. Bu isə o deməkdir ki, iyulun 2-də səhaliyyət müddəti bitən Hacıyevanın hakimlik fəaliyyətinə son qoyulur. Başqa sözlə, onun səlahiyyət müddətini uzatmaq məqsədəuyğun hesab olunmayıb.

Sülhanə Hacıyeva düz 3 il əvvəl – 2022-ci iyulun 2-də hakim təyin olunub. Buna qədər isə o, Zəngilan qeydiyyat şöbəsinin rəisi vəzifəsində çalışıb.

Özü də əslən Zəngilan rayonundandır. Atası Sərdar Hüseynov Qubadlı Rayon Məhkəməsinin sədri olub. O, 1993-cü ildə I Qarabağ Müharibəsində şəhid olub.

Sərdar Hüseynov 1956-cı il iyulun 1-də anadan olmuşdu və bu gün onun doğum günü idi.
Sülhanə Hacıyevanın həyat yoldaşı İlqar Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsində dəftəxananın rəhbəri işləyib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar