Xəbər lenti
Qalmaqallı hakim yola salındı
Son il yarım ərzində jurnalistlər və ictimai fəalların bir çoxunun həbs olunması və barələrindəki həbs qətimkan tədbirinin uzadılması qərarlarına çıxarmış Xətai Rayon Məhkəməsinin hakimi Sülhanə Hacıyeva vəzifəsindən uzaqlaşdırılıb.Bu gün Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi barədə sərəncam imzalasa da, orada Sülhanə Hacıyevanın adı yoxdur. Bu isə o deməkdir ki, iyulun 2-də səhaliyyət müddəti bitən Hacıyevanın hakimlik fəaliyyətinə son qoyulur. Başqa sözlə, onun səlahiyyət müddətini uzatmaq məqsədəuyğun hesab olunmayıb.
Sülhanə Hacıyeva düz 3 il əvvəl – 2022-ci iyulun 2-də hakim təyin olunub. Buna qədər isə o, Zəngilan qeydiyyat şöbəsinin rəisi vəzifəsində çalışıb.
Özü də əslən Zəngilan rayonundandır. Atası Sərdar Hüseynov Qubadlı Rayon Məhkəməsinin sədri olub. O, 1993-cü ildə I Qarabağ Müharibəsində şəhid olub.
Sərdar Hüseynov 1956-cı il iyulun 1-də anadan olmuşdu və bu gün onun doğum günü idi.
Sülhanə Hacıyevanın həyat yoldaşı İlqar Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsində dəftəxananın rəhbəri işləyib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























