Sizin Reklam Burada
Xəbər lenti
08-08-2026
07-08-2026
06-08-2026
BÜTÜN XƏBƏRLƏR

Hərbi prokuror bayram günləri sərhədlərdə

Tarix: 30-06-2025 13:31     Baxış: 3184 A- / A+
Baş prokurorun müavini - hərbi prokuror ədliyyə polkovniki Bəhruz Əhmədov müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyevlə birlikdə Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxslərinin və Müdafiə Nazirliyinin yüksəkrütbəli hərbi qulluqçularının iştirakı ilə dövlət sərhədlərində qulluq edən hərbi qulluqçularla görüşüblər.
Hərbi Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, müxtəlif hərbi hissələrdə birgə keçirilən tədbirlərdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Dövlət Himni səsləndirilib, Baş Prokurorluğun rəhbərliyinin təbriki şəxsi heyətə çatdırılıb.
Çıxış edənlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlardan, o cümlədən qüdrətli Silahlı Qüvvələrin formalaşdırılmasından danışıblar.
Hərbi qulluqçular qarşısında hüquqi maarifləndirici çıxışlar edilib, onları maraqlandıran suallar cavablandırılıb. Eləcə də, hərbçilərin məişət və xidmət şəraiti, həmçinin qayğı və problemləri ilə bağlı fikirləri dinlənilib.
Xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim olunub.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar