Xəbər lenti
Şanlı Zəfərin 5 illiyinə həsr olunmuş kitabın təqdimatı olub

Manevr.az xəbər verir ki, tədbirdə layihənin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Hacı Nərimanoğlu, REM-in direktoru, dosent Mehman Qaraxanoğlu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran Regional Bölməsinin müdiri Qağayı Məmmədov, şəhid Mahsun Bağırzadənin atası Zahir Bağırov və başqa çıxış edənlər bu nəşrin yaşadığımız şərəfli günlərin, ümumxalq fikrinin, düşüncəsinin ədəbi-bədii inikası olduğunu, ölkəmizin ədəbi-mədəni həyatında əhəmiyyətli hadisəyə çevriləcəyini, gənc nəslin vətənsevərlik ruhunda böyüməsində, bədii, estetik tərbiyəsində müsbət rolunu vurğulayıblar.
Qeyd edilib ki, “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə reallaşan eyni adlı layihəsi çərçivəsində buraxılan kitabda Qərbi və Şərqi Zəngəzur bölgəsini əhatə edən 9 rayonda - Cəbrayıl, Meğri, Gorus, Kəlbəcər, Laçın, Qafan, Zəngilan, Qubadlıda doğulub yaşamış, soykökü ilə bu torpaqlara bağlı olan 250 müəllifin şeir, hekayə, esse, publisist yazıları, eləcə də müsahibə, roman və poemalarından parçalar toplanıb.
Almanaxın nüsxələri şəhid ailələrinə, qazilərə, təqdimatda iştirak edənlərə, ölkəmizin elm, təhsil, mədəniyyət müəssisələrinə, ictimai təşkilatlara, dövlət, qeyri-hökumət təşkilatlarına, hərbi hissələrə, müəlliflərə paylanıb.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar