Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Ombudsman azərbaycanlılara qarşı zorakılıqla bağlı Rusiya tərəfinə məktub ünvanladı

Tarix: 28-06-2025 22:01     Baxış: 381 A- / A+

Ombudsman Səbinə Əliyeva Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törədilmiş zorakılıq və işgəncə nəticəsində soydaşlarımızın amansızlıqla qətlə yetirilməsi və müxtəlif dərəcəli xəsarət faktları ilə bağlı Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkovaya və Sverdlovsk vilayətinin İnsan Hüquqları üzrə Müvəkkili Tatyana  Merzlyakovaya rəsmi məktub ünvanlayıb.
Manevr.az-ın məlumatına görə, məktubda qeyd olunub ki, baş vermiş bu dəhşətli hadisə insan hüquq və azadlıqlarının, xüsusilə yaşamaq və işgəncəyə məruz qalmamaq hüquqlarının (Rusiya Konstitusiyasının 20 və 21-ci maddələri) kobud şəkildə pozulmasıdır. 
Həmçinin, bu fakt Rusiyanın qoşulduğu BMT-nin "İşgəncələrə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı" Konvensiyasına ziddir.
Ombudsman məktubda Azərbaycan və Rusiya Ombudsman institutları arasında formalaşmış əməkdaşlıq münasibətlərinə və ikitərəfli müqavilənin müddəalarına əsaslanaraq, məsələnin Rusiya Ombudsmanı tərəfindən nəzarətə götürülməsini, hadisənin hərtərəfli, obyektiv və şəffaf şəkildə araşdırılmasını, təqsirkar şəxslərin məsuliyyətə cəlb olunmasını və zərərçəkən ailələrə hüquqi və psixoloji dəstək göstərilməsini xahiş edib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar