Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Meteoroloqlardan xəbərdarlıq: İki bölgədə intensiv qar gözlənilir

Tarix: 28-06-2025 21:39     Baxış: 369 A- / A+
Meteoroloqlardan xəbərdarlıq: İki bölgədə intensiv qar gözlənilirTürkiyədə temperaturun kəskin artdığı bir vaxtda meteoroloqlardan gözlənilməz hava proqnozu gəlib.

Verilən məlumata görə, bazar gecəsi və bazar ertəsi səhəri saatlarında Şərqi Qaradəniz və Şərqi Anadolu bölgələrinin yaylaqlarında intensiv qar yağışı gözlənilir.

"Diqqət: Qar siqnalı!"

Sosial media platforması "X" üzərindən yayımlanan açıqlamada qeyd olunub:

"Diqqət! Qar siqnalı! Bazar gecəsi və bazar ertəsi səhəri Şərqi Qaradəniz və Şərqi Anadolu yaylalarında intensiv qar yağışı proqnozlaşdırırıq".
Rizedə qar yağışı artıq təsirini göstərməyə başlayıb.

Meteoroloji xəbərdarlıqlardan sonra Rize bölgəsində qar güclənib. Xüsusilə Ardeşen rayonuna bağlı olan Balıklı Yaylasında qar qalınlığı bəzi yerlərdə 5 metri keçib. Bu səbəbdən İl Xüsusi İdarəsinin əməkdaşları, yaylalara köç edəcək kəndlilərin çətinlik yaşamaması üçün yolların təmizlənməsi istiqamətində təcili işlərə başlayıblar.

Qeyd olunur ki, dəniz səviyyəsindən 2 400 metr yüksəklikdə yerləşən bölgədə, həm qışdan qalan qar, həm də çovğunun təsiri ilə yollar tamamilə bağlanıb. İşçi qrupları ağır texnikalar vasitəsilə qar kütlələrini təmizləməyə çalışırlar.

Texnika operatoru Osman Dedecan bildirib:
"İşlər çox gərgin keçir. Yüksək ərazilərdə çovğun səbəbindən qar qalınlığı çox yüksəkdir."

Yolların təmizlənməsi ilə bağlı aparılan işlər dron kamerası ilə də görüntülənib. Hazırda həm heyvandarlıqla məşğul olanlar, həm də yaylalara köç hazırlığı görən kəndlilər üçün yolların açılması istiqamətində işlər davam edir. milli.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar