Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

"Yunis son nəfəsində onların adını çəkibmiş" - Yekaterinburq olayının ŞOK DETALLARI

Tarix: 28-06-2025 17:30     Baxış: 464 A- / A+
Ümumilikdə 50-dən çox şəxs polis şöbəsinə aparılıb – məqsəd qətldə şübhəli bilinənləri və şahidləri tapmaq olub. Rusiya mediasında qeyd olunub ki, ssas şübhəlilər qalmaqallı “Xəzər” kafesinin sahibləri olan Safarov qardaşlarıdır.
Manevr.az
 xəbər verir ki, artıq bir neçə nəfər öz günahını etiraf edib.
“Qardaşlar saxlanılma zamanı özlərini pis hiss etdiklərindən şikayətləniblər. Onlar xəstəxanaya aparılıblar. Deyilənə görə, onlardan birində ürəklə bağlı problemlər başlayıb, onu həyata qaytarmağa çalışıblar, amma mümkün olmayıb. O, vəfat edib. İkinci qardaşın da vəziyyətinin eyni olduğu bildirilir. Hazırda ekspertiza nəticələrini gözləyirik. Onlar Hüseyn və Ziyəddin idi. Ola bilsin ki, polisin gəlməsi onlar üçün çox böyük stress olub” – deyə Səfərovların tanışı danışıb.
Onun sözlərinə görə, qətldən 24 il keçdiyi üçün hamı cinayət işinin bağlandığını düşünüb və belə bir əməliyyat keçiriləcəyi gözlənilməz olub. Səfərovların tanışı deyib ki, bu hadisədən çoxlu azərbaycanlı xəbərdar olub. Məhz buna görə də orada bir çox şəxs saxlanılıb. İstintaqın versiyasına əsasən, qətldə bir neçə qohum iştirak edib (ümumilikdə onların sayı doqquzdur).
“Azərbaycan əsilli Yekaterinburq sakini Yunis Paşayev 2001-ci ilin may ayında Blüxer küçəsində, kafelərin yaxınlığında bir dəstə tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Onu mətbəx bıçaqları ilə vurublar. Cinayətdə Səfərov qardaşlarından şübhələnilirdi, lakin o vaxt onları məsuliyyətə cəlb etmək mümkün olmadı, baxmayaraq ki, ölən Yunis son nəfəsində onların adlarını çəkə bilmişdi” – deyə zərərçəkmişlərin ailəsini tanıyan başqa bir həmsöhbət bildirib. Sverdlovsk vilayəti üzrə Rusiya İstintaq Komitəsinin İstintaq İdarəsi və Daxili İşlər Nazirliyinin Baş İdarəsi daha əvvəl bildiriblər ki, aparılan axtarış və saxlanılmalar cinayət işləri çərçivəsində həyata keçirilir.
Söhbət əvvəlki illərdə törədilmiş bir neçə ağır cinayətin araşdırılmasından gedir. Bu işlərlə İstintaq Komitəsinin dördüncü şöbəsi məşğuldur.
Qeyd olunub ki, hazırda cinayətkar iyerarxiyada yüksək mövqe tutmaqda ittiham olunan Marsel Həsənov da “Xəzər” kafesində saxlanılıb. Restoranın yaxınlığında dəfələrlə kriminal hadisələr baş verib. Xatırladaq ki, Yekaterinburq şəhərində 50-dən çox azərbaycanlı saxlanılıb. Əməliyyat zamanı iki azərbaycanlı - Ziyəddin və Hüseyn Səfərov qardaşları vəfat ediblər.lent.az









Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar